Əvvəli var... Hacı Tahir Abbaslı:
- Siyasi islam terminini qəbul edə bilmirəm. Siyasət ədalət deməkdir, ədalətin bərpası deməkdir. İslam da burada təfəkkürdür. Yəni qaranlıqlara işıq salır. Yəni İslam heç vaxt hakimiyyətə dartınmayıb. İnsanların daxilində enerji yaranır, onu xərcləməyə yer olmur. İman əmələ gəlib, imanlı bir sahə yoxdur. Bu insanlardan istifadə etmək olar ki, həbsxanalara getsinlər, həbsdəkilərlə danışsınlar, onlarda inam, əqidə yaratsınlar. Hərbi hissələrdə əvvələr “zampalit” vardı. Din adamı kimi hərbi hissəyə gedən şəxs xaricə yox, əlbəttə ki, özümüzə xidmət edəcək. Biz azərbaycanlıyıq. Din öyrədir ki, ailənin içərisini düzəlt, sonra çölə çıx. Başlanğıc nöqtə insan özü və əhatə dairəsidir. Sonra qohum-əqrabası, cəmiyyət və bəşəriyyət gəlir.
İnsan öz enerjisini düzgün paylaşdırmalıdır. İnsan enerjisindən, məhəbbətindən ailəsinə xərcləmirsə, o insan naqisdir, cəmiyyətdə liderliyə iddia edə bilməz. İslam bizə öyrədir ki, fərd özü mükəmməlləşsin, şəxsiyyət olsun, üzərində yüksək dərəcədə işləsin və müsbət xüsusiyyətləri özündə cəmləsin. Fikirləri əməl çevrilsin və əməlləri də cəmiyyətdə heç kimə zərər verməsin. Bu nöqteyi-nəzərdən insanlar bəzən bir yerə qalxırlar ki, haqq sözü desinlər. Qrip olan adama bal da versən, acı biləcək, çünki o insan xəstədir. İslamdan küsənlər də bir növ təfəkkürdə xəstədirlər, o insanlar bundan inciməsinlər. Dinimizə görə, düşmən təslim olarsa, ona qarşı heç bir təcavüz olmamalıdır. Hətta yarası varsa, onu sağaltmaq lazımdır. Hətta “La-ilahə-illəllah” deyirsə, onu bağışlamaq olar. Məsələn, biz bilmirik ki, azanın insana nə qədər xeyri var, insanın ruhuna nə qədər müsbət təsir göstərir, nə qədər bəlaların qarşısını alır. İctimaiyyətin sağlamlaşmasında azanın böyük rolu var. İmam Hüseyn məktəbi bizə bir nümunədir, haqq yolunda hər şeydən, hətta 6 aylıq uşağından da keçdi. Bu, fərqli düşüncədir. Fərqli düşüncələrin orta xəttini isə din tapır.
“İslam Açıq Masada”: 1-ci söhbət-Əvvəli var
“İslam Açıq Masada”: 1-ci söhbət
| |
Lent.az yeni layihəyə start verir.![]()
“İslam Açıq Masada” layihəsində İslam dininə aid olan, cəmiyyətimiz üçün maraqlı və bir az da indiyə qədər müzakirəsi aparılmayan həm nəzəri, həm praktiki məsələləri ekspertlər, dinşünaslar, siyasi İslamı təmsil edən nümayəndələr, dövlətin din siyasətinin təmsilçiləri, sadəcə imanlı insanlarla müzakirə edəcəyik.
Birinci dəyirmi masanın moderatoru Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu oldu. Müzakirələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin mwavini Əliheydər Zülfüqarov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədr müavini, dini sahədə yazıları ilə tanınan jurnalist Qurban Yaquboğlu, Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı iştirak edir.
Baxış sayı: 10
Açar sözlər: müşavirə müzakirə mübadilə masa söhbət
![]()
![]()
![]()
Televizora baxmaq barədə
Televizor məsələsinə gəldikdə, bu təhlükəli bir cihazdır və bunun zərərli təsirləri çox böyükdür, kinoda olduğu kimi böyük təhlükələri var və hətta təhlükəsi bundan daha şiddətlidir. Bu barədə yazılan tədqiqat əsərləri və ərəb ölkələrindəki ekspert rəyləri və digər yerlərdən bu barədə öyrəndiklərimiz bunun islam əqidəsi, mənəviyyat-əxlaqı və cəmiyyətin durumu baxımından təhlükəli və olduqca zərərli olduğuna dəlalət etmək üçün kifayət edir. Təhlükəli və zərərli olmasının səbəbi budur ki, burada pis əxlaq, insanı fitnəyə sürükləyən, cəzb edən səhnələr, əxlaqsız, fühuş şəkillər, yarım-çılpaqlıq, insanı həlaka məhkum edən sözlər və küfr təqdim olunur.
"Müaviyyə bin əbu Sufyan əhli-sünnət gözü ilə"
Bu yaxınlarda Müaviyə (radıyallahu ənhu) haqqında "Xilafət və sultanlıq savaşı" yazısı yazılaraq müsəlmanlar arasında paylanılmışdır. Bu yazıda səhabələr təndiq edilmiş, onu sahəbələrdən sayılmaması və təkfir edilməsi üçün dəlillər toplanılmışdı. Əhli-sünnət vəl-cəmaat müxaliflər qarşısında heç vaxt aciz olmayıb və əlhəmdu Lilləh, şübhələrin dəf edilməsi üçün "Müaviyyə bin əbu Sufyan əhli-sünnət gözü ilə" adlı gözəl bir cavab hazırlanıb.
Fayda üçün kitabı yükləyib diqqətlə və ədalətlə oxuyun...
Baxış sayı: 27
Açar sözlər: muaviya muaviye mueviye müaviyə dr
![]()
![]()
![]()
Dini Komitə rəsmisi: “Erməni qəzetinin Azərbaycanda sünnilərə məxsus dini icmaların qeydiyyata alınmaması barədə yaydığı məlumatlar əsassızdır”
“İslam.ru saytının Rusiyada nəşr olunan, ermənilərə məxsus “Erkramas” qəzetinə istinadən Azərbaycanda sünni müsəlmanların təzyiqlərə məruz qalması və onlara məxsus dini icmaların dövlət qeydiyyatına alınmaması barədə yaydığı fikirlərin heç bir əsası yoxdur. Əslində, həqiqətdən uzaq olan bu fikirlər yalandan daha çox böhtan xarakteri daşıyır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin müdiri Yusif Əsgərov Azərbaycanda sünni müsəlmanlara məxsus dini icmaların guya dövlət qeydiyyatına alınmaması ilə bağlı iddialara cavab verərkən deyib.
Dəstəmaz maşını ixtira olundu
Malaziyalı mütəxəssislər müsəlmanların dəstəmaz almasını asanlaşdırmaq üçün xüsusi avadanlıq ixtira ediblər. Yeni hazırlanan maşın həm dəstəmazın daha tez alınmasına, həm də suyun israf olunmasının qarşısını almağa kömək edəcək. Avstraliya Ərəb Ticarət Təşkilatının direktoru Antoni Qomezin sözlərinə görə, “Dəstəmaz maşını” adlı cihaz yaşıl rəngdə bəzədilib və xüsusi ötürücülər ilə təchiz edilib. Elektron maşınların biri 3-4 min dollar dəyərindədir. Avadanlıq bir nəfərin dəstəmaz alması üçün 1.3 litr sudan istifadə edir.
16 yaşlı Leyla Əhmədova bu gün Nəcəfdə dəfn olunub
Kərbəla ziyarəti zamanı İraq ərazisində dünyasını dəyişən 16 yaşlı Leyla Əhmədova bu gün Nəcəfdə dəfn olunub. Qeyd edək ki, mərhum ötən həftə İraqda silahlıların açdığı atəş nəticəsində dünyasını dəyişib. Mərhumun əmisinin sözlərinə görə, Leylanın və onunla birgə ziyarətə gedən valideynlərinin sənədləri qaydasında olmadığından mərhumun dəfni bu günə qədər mümkün olmayıb.
Kərbəlada yaralananlar xəstəxanadan buraxılıb
Kərbəla şəhəri yaxınlığında silahlı hücum zamanı yaralanan azərbaycanlılar müalicə kursunu başa vurublar. Onlar artıq mehmanxanaya yerləşdiriliblər. Bu barədə APA-ya Azərbaycanın İordaniya və İraqda fövqəladə və səlahiyyətli səfiri Elman Araslı məlumat verib. Onun sözlərinə görə, səfirlik hadisə ilə bağlı dərhal İraq Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb və nazirlik azərbaycanlıları aparan avtobusun Kərbəladan Samirə şəhərinə gedən yolda atəşə məruz qalması faktını təsdiqləyib.
Hidayət Orducov: “Din siyasiləşməməlidir, azad və müqəddəs olmalıdır”
“Dinin dövlətdən ayrı olması o deməkdir ki, din siyasiləşməməlidir, azad və müqəddəs olmalıdır”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dini icma rəhbərləri ilə görüşdə deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Dini etiqad azadlığı haqqında” Qanunun tələbinə uyğun olaraq, növbəti dəfə yeni otuz dini icmaya müvafiq qeydiyyat sənədləri təqdim edilib. Dövlət Komitəsindən bildirilib ki, şəhadətnamələri təqdim edən Hidayət Orucov son illər prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə din sahəsində görülmüş işlər, dini ibadət yerlərinin təmiri, tikintisi və bərpası istiqamətində həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib, dini icmaların qeydiyyatdan keçməsi ilə əlaqədar hazırlanmış qanunvericilik sənədlərini dövlətçiliyimizin və milli-dini dəyərlərimizin qorunmasında və daha da gücləndirilməsində çox mühüm mərhələ olduğunu xüsusi qeyd edib.
Baxış sayı: 15
Açar sözlər: din siyaset absurd orucov hidayet
![]()
![]()
![]()
İmam Hüseynin 40 mərasimi partlayışlarla müşahidə olunur
İraqın paytaxtı Bağdadda bir-birinin ardınca iki terror aktı törədilib. Yerli polisin verdiyi məlumata görə, partlayışlar nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb. İki müxtəlif ərazidə törədilən partlayışlara yolların kənarında yerləşdirilmiş bombaların işə salınması səbəb olub. Birinci partlayış Bağdadın qərbindəki Mansur rayonunda, ikincisi isə paytaxtın cənub-qərbindəki Amil qəsəbəsində baş verib. Bundan başqa, İraqın Kərbala şəhərində də partlayış törədilib.
Ana (ibrətamiz hekayə)
Ana (ibrətamiz hekayə) “Evləndikdən 21 il sonra yeni sevgi parıltısına rast gəldim... Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi. – Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi... Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi. Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar anama tez-tez baş çəkməyimə mane olurdu.
Siğəni Həzrəti Ömər (r.a) qadağan etməyib_6
Əvvəli var... Bura qədər yazdığımız rəvayətlərin bir qisimində Hz. Ömərin (r.a) siğəni qadağan etməsinə təmas edilmişdi. Hətta bu gün br çox şiə müsəlmanları bu məsələni (siğənin haram olunmasını) Ömərin (r.a) üstünə atırlar. Halbuki Ömər (r.a) sadəcə Allah elçisnin haram etdiyi məsələni tətbiq edib möhkəmləndirmişdir. Biz əvvəlki yazılarımızda bəzi səhabələrin, bu qadağanla siğənin Rəsulullah (s.ə.s) tərəfindən qadağan edilməsini, həmçinin bununla bağlı hədisləri də qeyd etmişdik. Bu halda nəticə olaraq, Hz. Ömərlə (r.a) əlaqədər xəbərin mahiyyətini də yazmaqda böyük fayda vardır. Amma bunu sadəcə ədaləti olanlar diqqətlə oxuyub hansısa qənaətə gələ bilərlər.
4 mərtəbəli məscid inşa olunur
Gəlin köçən bacılarıma!
Muhəmməd (səllallahu aleyhi və səlləm): “Əgər mən Allahdan qeyri birinin birinə səcdə etməsini əmr edəsi olsaydım, qadının ərinə səcdə etməsini əmr edərdim…” (İbn Macə). Digər bir hədisdə isə belə buyurur: “Bir qadın beş vaxt namazı qılıb orucunu tutsa, özünü yad kişilərdən qoruyub ərinə itaət etsə, Cənnətə istədiyi qapıdan girər”. (İbn Hibban)
İnsanların şəxsi məktublarını (yazıları, mesaj, qeyd və s.) və söhbətlərini yaymaq
Sual: İnsanların şəxsi işlərini, istər qeydlər, məktub olsun istər onlar arasında olan söhbətlər olsun, yaymağın və s. və həmin insanın icazəsi olmadan onu insanlar arasında və yaxud müəyyən bir zümrənin içində ifşa etməyin hökmü nədir?
Cavab: Həmd Allaha məxsusdur.
Sonrakı səhifə »





