Reklam verin!

Qəribə deyilmi?

Qəribə deyilmi ki, 50 000 manatlıq əskinasi məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləğ kimi görünür, mağazada qoyduqda isə nə qədər az pul xərclədiyimizi düşünürük :?:

~:~:~

Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saat bizə bu qədər uzun görünür, TV qarşısında sərf etdiyimiz 1 saat isə bu qədər qısa :?:

~:~:~

Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dotlarımızla deyib-güləndə diqqətimiz başqa şeylərə yönəlmir :?:


~:~:~ ~:~:~

Qəribə deyilmi ki, futbol maçının vaxtının uzadıldığını biləndə biz bu qədər sevinirik, amma xütbə həmişəkindən 1 neçə dəqiqə çox davam edəndə, üzümüzdə narazı ifadə yaranır, tez-tez saata baxrırq :?:

~:~:~

Qəribə deyimi ki, Qurandan 1 parçanı necə güclə oxuyuruq, amma sevdiyimizi roman heç əlimizdən düşmür :?:

~:~:~

Qəribə deyilmi ki, konsert zallarında adamlar birinci sıraları tutmaq üçün əldən gedirlər, məscidlərdə isə axırıncı siralar üçün :?:

~:~:~

Qəribə deyilmi ki, Qurandan 1 neçə ayə əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahni sözlərinisə tez yadda saxlayırıq :?:

~:~:~ ~:~:~

Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tezcə inanırıq, Allahın kitabi Quranda yazılanlara isə bu qədər çətinliklə və gec :?:

~:~:~

Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyirik, amma onu əldə etmək üçün çalışmaqsa istəmirik :?:


~:~:~

Qəribə deyilmi ki, bizlərdən hər birimiz başqalarının günahlarını gördükdə hakim oluruq, öz günahlarımızı gördükdə isə vəkil :?:


~:~:~

Qəribə deyilmi ki, yalnızca "Hacı Filankəs" deyə cağırılmağın xətrinə minlərlə kilometr məsafə qə`t edərək Həccə gedən bizlər, geriyə qayıtdıqda 24 saatın 25-cə dəqiqəsini namaza sərf etməyə vaxt tapmırıq :?:


 ~:~:~

Qəribə deyilmi ki, kilsəyə gedən xristiana, çalma geyən hindliyə dininə bağlılığı üçün hörmət edirik, məscidə gedən hicablı qızlariımızı "geridəqalmış, degenerat" adlandırırıq :?:

~:~:~

Qəribə deyilmi ki, müəyyən səbəblərə görə hələ ki, örtünmək imkanına malik olmayan, lakin qəlbən bunu arzulayan bacımızı "Örtünməlidir!Əks halda kafirdir!" ittihamı ilə üzləşdirən müsəlmanın ailəsi Allahı tanımır :?:


~:~:~

Qəribə deyilmi ki, "Allaha qurban olum, Onun yolundan canımdan da keçərəm!!!" deyən şəxs ən elementar ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir :?:

~:~:~

Qəribə deyilmi ki, insan bütün ömrü boyu başqa adamların hörmətini, razılığını qazanmaq üçün əlindən gələni əsirgəmir, Allahın razılğını qazanmağa gəlikdə isə "vaxtim yoxdur" bəhanəsilə aradan çıxır :?:


~:~:~


Qəribə deyilmi ki, mübahisələrə, münaqişələrə bu qədər vaxt ayıran biz müsəlmanlar qonşularımızın ac, yaxud tox olduğunu bilmədən yaşayırıq :?:

~:~:~

Qəribə deyilmi ki, bu sətirləri oxuyan hər bir insan mövzunun aktuallığını etiraf edəcək, amma bütün bu deyilənləri özünə yox, başqalarına şamil edəcək :?:

~:~:~

Sizcə də qəribə deyilmi :?: :?: :?:

~:~:~

Mehriban gonderdi

www.islam.azeriblog.com 

Baxış sayı: 106
Açar sözlər: qeribe aid dan ban bam 
Bookmark and Share


1
Xəyal yazıb:

Allah sizlərdən razi olsun ki, belə məqalələrlə bizlərin beynini yeniləyirsiz.

İyun 30, 2008 11:08

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 62
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 2563
Ümumi hit: 502998





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites