Reklam verin!

Allahı görmək barəsində sələfin mövqeyi nədir?

Allah Təala Quranda qiyamət gününü xatırladanda belə buyurur: "O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!» (Əl Qiyamə surəsi, 22-23) Baxmaq sözünü üzlər sözünə aid elədi. Üzdə görməyi bacaran da gözlərdir. Ayədə Allahın gözlə görülə bilməsinə dəlil var. Ancaq Allahı görməyimiz Onu əhatə etməyimiz demək deyil. Çünki Allah belə buyurur: "Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!» (Taha surəsi, 110) Və əgər Allahı elmimiz ilə əhatə etməyimiz mümkün deyilsə, elmi əhatə etmək, gözlə əhatə etməkdən daha genişdir.


Allahı gözlə görüb əhatə etməyimiz mümkün deyil. Buna dəlil Allahın bu ayəsidir : "Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər» (əl Ənam surəsi, 103) Gözlər Onu görsə də dərk edə bilməz. Allah həqiqi görmə ilə gözlə görülə bilər. Ancaq bu baxışla onu dərk etmək olmaz. Çünki Allah əhatə olunmaqdan daha Əzəmətlidir. Sələfin görüşü budur. Və onlar belə bilirlər ki, insanın nemətləndirildiyi ən kamil nemət Allahın Üzünə baxmaqdır. Buna görə Peyğəmbər (s.ə.s) duası belə idi: "Səndən, Sənin Üzünə baxmağın ləzzətini istəyirəm» Ləzzətli nəzər ona görə dedi ki, o baxışda əzəmətli ləzzət var. Onu ancaq Allahın neməti və fəzilətinə çatanlar bilər. Allahdan məni və sizləri onlardan etməyini arzu edirəm. Sələfin icma etdiyi "Allahı görmə»nin həqiqəti budur.
Kim iddia eləsə ki, Allah gözlə görülə bilməz və ya bu yəqinliyin kamilliyidir, onun bu sözü batildir və dəlillərə ziddir. Çünki yəqinliyin kamilliyi bu dünyada da mövcuddur. Necə ki, Peyğəmbər (s.ə.s) "İhsan» sözünün təfsirində, izahında belə deyir: "İhsan odur ki, Allaha onu gördüyün kimi ibadət edəsən, əgər sən onu görmürsənsə, bil ki, O səni görür» Sənin Allaha Onu gördüyun kimi ibadət etməyin, yəqinliyin kamilliyidir.

Muhammad ibn Salih əl Useymin

www.dinifetvalar.com

Baxış sayı: 137
Açar sözlər: dini fetvalar ruyetullah din 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 79
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 2506
Ümumi hit: 502941





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites