Reklam verin!

Biz müsəlmanlar prezident seçkilərində iştirak edəcəyik

Məşhur islam alimi şeyx Useyminin seçkilərlə bağlı fətvası.seckilerde-ishtirak

“Məncə seçkilər zəruridir”; Biz yaxşı düşündüyümüz insanı seçməliyik, ona görə ki əgər yaxşılar bitərəf qalsalar onda onları kim əvəz edəcək? Şeytan əməlli insanlar və ya nə zərəri nə də ki, faydası olmayan lakin hay-küy salan insanarın ardınca gedən bitərəflər onların yerini tutacaqlar. Beləliklə bizim heç bir seçimimiz yoxdu lakin uyğun sandıqlarımızı seçməliyik.  

Davamı...

Baxış sayı: 39
Açar sözlər: seçkiler prezident seçkiləri xəbər etər 
Bookmark and Share

İmanımızı Təzələyək

Salam Aleykum, müzəlman bacı və qardaşlarımız. Bu gün Ramazanın son günlərindən birini yaşayırıq. Hər birimiz üçün bu ayın xeyir bərəkətini Allahdan dua edərək istəyirəm. Bu gün sizlərə Adil Rəcəbovun əvvəllər hər zaman eşitdiyiniz, lakin son vaxtlar bu cür faydalı söhbətləri dinləməyə həsrət qaldığınız imanı təzələmək barədə bir dərsini sizlərə təqdim edirəm. İmanımızı təzələyək...

Davamı...

Baxış sayı: 39
Açar sözlər: adil rəcəbov imanımızı təmizləyək 
Bookmark and Share

Fitrə zəkatı haqda alimlərin fətvaları

1.Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?
Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.
Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur

2.Sual: Fitrə Zəkatının hökmü nədir?
Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.

Davamı...

Baxış sayı: 49
Açar sözlər: islamevi yaşar fitrə sədəqə zəkat 
Bookmark and Share

Qədr Gecəsini necə ihya edək və bu gecə nə zamandır?

Sual: Biz qədr gecəsini necə keçirməliyik? Namaz qılmaqla, yaxud Quran və Peyğəmbərin sallallahu aleyhi və səlləm həyatını oxumaqla, moizələrə və dərslərə qulaq asmaqla və ya bunu məsciddə qeyd etməklə keçirməliyik?

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi:

Allahın Rəsulu sallallahu aleyhi və səlləm digər vaxtlarda çalışmadığı qədər, Ramazanın son on günlərində namaz qılmaqla, Quran oxumaqla və dua etməklə çox səy göstərirdi. Əl-Buxa`ri və Muslim Aişədən radiyallahu anhə rəvayət edirlər ki, Ramazanın son on günü daxil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm gecəni ihya edər və ailəsini oyadardı və cinsi əlaqədən çəkinərdi. Əhməd və Muslimdə gələn rəvayətdə: “ O sallallahu aleyhi və səlləm Ramazanın son on günündə digər vaxtlarda çalışmadığı qədər səy göstərirdi”.

Davamı...

Baxış sayı: 35
Açar sözlər: qedr əhya ehya gecə normal 
Bookmark and Share

MÜHÜM BİR MƏSƏLƏDƏ SƏHV DÜŞÜNCƏLƏRİN DÜZƏLDİLMƏSİ...

ŞEYX MƏHƏMMƏD İBN ABDULVAHHABIN DƏVƏTİNİN GERÇƏKLİYİ
Birinci məsələ: ŞEYXİN PEYĞƏMBƏR (Ona Allahın salavatı və salamı olsun!)
HAQDA ETİQADI

İkinci məsələ: ƏHLİ BEYT
Üçüncü məsələ: ÖVLİYALARIN KƏRAMƏTİ
Dördüncü məsələ: TƏKFİR
Beşinci məsələ: XƏVARİCLƏRİN YOLU
Altıncı məsələ: SURƏT VERMƏ
Yeddinci məsələ: ALİMLƏRƏ MÜXALİF OLMAQ
SON SÖZ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

Həmd tək Allaha məxsusdur. Özündən sonra heç bir peyğəmbər olmayana, habelə onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!

Davamı...

Baxış sayı: 52
Açar sözlər: abubakr mescidi mənbə məhəmməd bin 
Bookmark and Share

Tövbə - qayıdış deməkdir

islam-din-ilqar-ibrahimogluHəqiqətən, Allah tövbə edənləri və pak olmağa çalışanları sevir» (Bəqərə,ayə 222)

ilahiyyatçı-filosof

Içərişəhər “Cümə” məscidinin imam-camaatı

ibrahimoglu@gmail.com

Keçən bəhsimizdə mövzu ondan ibarət idi ki, günahlar bir xəstəlikdir və xəstəliyin müalicəsi olduğu kimi, günah mərəzindən də qurtulmaq mümkündür. Günahların da müalicəsi vardır və Əziz Rəbbimiz bir mehriban təbib olaraq bunun müalicəsi qismində müəyyən əməllərin görülməsini məsləhət bilmişdi. Uca Allahın tövsiyə etdiyi, Onun Rəsulunun (s) və Məsum Imamların (ə) səsləndirdikləri bu nurani resept - tövbədir. Zahirdə kiçik, çox vaxt almayan bu əməl, fövqəl təsir gücünə malikdir.

Davamı...

Baxış sayı: 41
Açar sözlər: haci ilqar ibrahimoglu yazar soz 
Bookmark and Share

Terror etmədən öncə, hara gedəcəyin barədə oxu!!!

Biz müsəlmanlar toplumu, təkfir, terror, ifratçılıq və radikallıq fitnəsinin tüğyan etdiyi bir zamanda yaşayırıq. Artıq iş o yerə gəlib çıxıb ki, terrorizm bütün dünyanı ağuşuna almışdır. Terrorizmi araşdırmaq, köklərini öyrənmək və terror mənbəyini boğmaq üçün bir çox müşavirələr və konfranslar keçirilmişdir. Amma bu konfranslar terrorizmin mahiyyəti və onun qarşısının necə alınması məsələsi barədə müxtəlif rəylərlə qarşı-qarşıya qalmışlar.
Terrorizm barədə söylənilən təriflər müxtəlif olsa da, ümumilikdə demək olar ki, bütün fikirlər bir neçə bənddə vahidlik təşkil edir. Ən təhlükəli bəndlər, təhdid, təhlükə, nahaq qan axıtmaq, günahsız insanları qətlə yetirmək, yaşayış komplekslərini və ictimai yerləri partlatmaq, abad yerləri və binaları xaraba qoymaq və bu kimi fəsadlardır. Halbuki bütün müsəlmanlar bu kimi əməllərin haram, belə əməl sahibinin cihayətkar və yer üzündə fitnə-fəsad törədənlərdən olması qənaətindədirlər.

Davamı...

Baxış sayı: 58
Açar sözlər: terror təkfir cihad müharibə bomba 
Bookmark and Share

MƏHƏMMƏD ƏLİNİN HEYRƏTİ

ilqar-ibrahimoglu-xeberMƏHƏMMƏD ƏLİNİN HEYRƏTİ
Yaxud “çar Pyotrun şöhrəti”, görəsən, kimə rahatlıq vermir?

Məktub göndər

Hacı İlqar İBRAHİMOĞLU
 

Bütün müsəlman dünyasında müqəddəs Ramazan ayı öncəsi iki ay - rəcəb və şaban mübarək Orucluq ayındakı İlahi ziyafətə hazırlıq dövrü kimi qeyd olunur. Şaban ayının bu gözəl son günlərinin birində Məhəmməd Əli adlı bir inanclı insan işdən evinə qayıdırdı. O, ailəsini və valideynlərini dolandırmaq üçün səhərdən axşama kimi çalışırdı. Bəli, məhz şaban ayının son günlərinin birində oruc tutmuş Məhəmməd Əli ağır, lakin halal iş günündən sonra evinə dönürdü. Lakin bu zaman bir olayla üzləşir ki, onun süjeti tragikomediya janrındakı filmlər nominasiyasında mükafata iddialı ola bilər.

Davamı...

Baxış sayı: 32
Açar sözlər: ilqar ibrahimoglu abubakr mescidi hadise 
Bookmark and Share

Şeytan öz məqsədinə nə dərəcədə müvəffəq olacaqdır?

Allah təala şeytanı lənətlədiyi və cənnətdən qovduğu, müəyyən olunmuş vaxta qədər möhlət verdiyi zaman o dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.  Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam...” (Nisə 4:118-9) “ (İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.(əl-Əraf 7:16-17)

Davamı...

Baxış sayı: 27
Açar sözlər: azeriumma yahoogroups şeytan məqsəd 
Bookmark and Share

Cahillər fitnə barəsində danışdıqları zaman “fitnə artır”

Sual: Bu iki halı necə ayırd edə bilərik? Susmağın məzəmmət olunduğu zaman bunun fitnə olması və danışmağın məzəmmət olunduğu zaman buna baş vuraraq fitnəyə düşmək arasındakı fərqi.
Cavab: Fitn
ə barəsində elm əhlindən və bəsirət sahiblərindən başqası danışmamalıdır. Bu barədə danışmaq hər kəslik deyil. Cahil kəs fitnə barəsində danışdıqda “fitnəni” artırır, lakin elm əhli fitnə barədə danışdıqda və buna aydınlıq gətirdikdə fitnə Allahın izni ilə sönür. Ona görə də, hər kəs fitnə barəsində danışmalı deyil, əksinə bu barədə danışan yeganə kəslər elm əhli və bəsirət əhlidir.

Davamı...

Baxış sayı: 28
Açar sözlər: fitnə imtahan alim söz vəd 
Bookmark and Share


  Yazılar cəmi: 53   Sonrakı səhifə »

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 70
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 2588
Ümumi hit: 503023






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar