Reklam verin!

Namaz qılmayanın aqibəti

camaat-namazi-qilmaqYaradılış etibarı ilə fitrətində ibadət etmək hissi olan Adəm oğlu təəssüf ki, çox vaxt şeytanın vəsvəsələrinə, dünyanın yalançı və müvəqqəti bər-bəzəyinə, öz nəfsi və şəhvani istəklərinə uyub ibadətin qəlbi olan namazdan özünü məh­rum edir. Nə itirdiyinin, hansı yolda olduğunun fərqinə varmır. Ayılanda isə artıq gec olur. Geri­yə yol olmadığını dərk edir.

Davamı...

Baxış sayı: 45
Açar sözlər: son end axır fərz ibadət 
Bookmark and Share

Namazın islamda yeri

namaz

Həqiqətən şükür və tərif yalnız Allaha məxsus­dur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan ba­ğışlanma və bizi doğru yola yönəlt­məyi diləyirik, nəfslərimizin şərindən və pis əməlləri­mizdən qorun­maq üçün yalnız Ona pə­nah aparı­rıq. Allah kimə hi­dayət verərsə o, doğ­ru yolda olar, kimi azdırarsa onu doğru yola yö­nəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allah­dan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəm­məd Onun qulu və elçisidir.

    “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” [1]

KİTABI TAM YÜKLƏ

[1] Ali İmran surəsi, 102.

[2] ən-Nisə surəsi, 1.

    

Davamı...

Baxış sayı: 30
Açar sözlər: namaz islam mövqe yol gediş 
Bookmark and Share

Üzr olduqda camaat namazına gəlməmək

csamaat Bəzi üzrlü səbəblər olduqda camaat namazına gəlməmək olar. Bu üzrlər iki qismə bölünür. Ümumi və xüsusi olan üzrlər.    Ümumi üzrlərə güclü yağış, külək, soyuq, isti və buna oxşar səbəbləri misal göstərmək olar. Bu cür üzrü olub camaat namazına  getməyən müsəlman günah qazanmır.     Xüsusi üzrlərə isə aşağıdakıları misal gətirmək olar:    Xəstəlik. O xəstəlik ki, müsəlmanın camaat namazına getməyinə ya mane olur, ya da çətinlik  törədir. Uca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”[1] Başqa ayədə buyurur: “O (dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”[2] Hətta Peyğəmbər (s.ə.s) xəstələndiyi zaman camaat namazını tərk etmişdir.



[1] əl-Bəqərə surəsi, 286
[2] əl-Həcc surəsi, 78

Davamı...

Baxış sayı: 23
Açar sözlər: üzrlü halda namaza gəlməmək 
Bookmark and Share

Qadınların camaat namazına gəlməsi

qadin-camaat-namazi Dinimiz qadınların məscidə xeyir işlər üçün getməsinə icazə vermişdir. Onlar da məscidə gəlib camaat namazı qılıb, zikr edib, elm məclislərində otura bilərlər. Fərqi yoxdur istər qadın cavan və ya yaşlı olsun. Peyğəmbərin (s.ə.s) dövründə qadınlar da camaat namazına gəlir və Peyğəmbər (s.ə.s) onlara bunu qadağan etmirdi. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) fəcr namazını qılarkən hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı.[1]



[1] Səhihu-l-Buxari 578, Səhih Müslim 1456

Davamı...

Baxış sayı: 21
Açar sözlər: qadın camaat namazına gəlməsi men 
Bookmark and Share

Səfflərin ən əfzəli

seflerin-en-efzeli    Namaza başlamazdan əvvəl səfləri düzəltmək vacibdir. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər r buyurdu: “Cərgələ­rinizi düzəldin! Həqiqətən, cərgələrin düz olması namazın kamil­liyindəndir”.[1] Ən-Nüman ibn Bəşir (r.a) rəvayət edir ki, Mən Peyğəmbərin (s.ə.s) “Cərgə­lər­inizi düzəldin, yoxsa Allah da sizin qəlblərinizi biri-birindən ayırar”- dedi­yi­ni eşitdim.[2] Peyğəmbərin r cərgələri düzəltməyi bizə əmr etməsi bu əməlin vacib ol­ma­sın­dan xəbər verir. Camaat buna riayət etmədiyi təqdirdə günah qazanır­lar.



[1] Səhihu-l-Buxari 723, Səhih Müslim 974
[2] Səhihu-l-Buxari 717, Səhih Müslim 977

Davamı...

Baxış sayı: 17
Açar sözlər: sef camaat sıra cərgə azad 
Bookmark and Share

Namazda imam dayanmaqla bağlı hökmlər

camaat-namazi-imam Əvvəli var... Namazda imam dayanmaq şərii vəzifədir. İslamın ən əzəmətli rükunların­dan biri olan namazda imam olan şəxs nümunəvi müsəlmana xas olan sifətlərə sahib olmalıdır. Camaata imamlıq edən şəxs Allahdan qorxan, adil, namazın keyfiyyətini bilən, İslam elmlərindən xəbərdar olan adam olmalıdır. İmam durmaq böyük bir məsuliyyətdir. Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “İmam zamindir”.[1] Peyğəmbərin (s.ə.s) həyatının sonuna qədər müsəlmanlara imam durması, həmçinin ondan sonra gələn raşidi xəlifələrinin də həyatlarının sonuna qədər namazlarda imam durmaları imam olmağın fəzilətinə və məsuliyyətli iş olmasına işarədir. Səhl ibn Sad (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “İmam zamindir. (Namazını) gözəl şəkildə qılarsa savabı özünə və sizə yazılar. Yox pis şəkildə  qılarsa (günah sizə yox ona yazılar)”.[1] 
[1] Sunənu Əbu Davud 517, Sunənu-t-Tirmizi 207

Davamı...

Baxış sayı: 24
Açar sözlər: camaat namazı imam axund vəzifə 
Bookmark and Share

Camaatla qılınan namazların növləri

camaatla-qilinan-namaz

Əvvəli var...

* Fəcr namazı.   Fəcr: dan yerinin ağarmasına deyilir. Bu namaza həmçinin sübh namazı da deyilir. İki rükətdən ibarət olub səslə qılınan bu namaz gün ərzində beş vaxt qılınması vacib buyurulan namazlardan biridir. Fəcr namazını başqa namazlara nisbətən uzun qılmaq sünnədir. Bu namazdan əvvəl daima qılınan iki rükət sünnə namazı vardır.   Fəcr namazının vaxtı dan yerinin ağarmasından günəş çıxanadəkdir.      

Davamı...

Baxış sayı: 57
Açar sözlər: fərz namazlar zöhr məğrib işa 
Bookmark and Share

Camaat namazının fəziləti və digər hökmləri

camaat-namazi-qil

 Əvvəli var...

Camaat namazını qılmaq savabın çoxalmasına, dərəcələrin qalxmasına səbəbdir. Camaat nama­zının savabı tək qılınan namaz­dan iyirmi beş, yaxud da iyirmi yeddi dəfə çoxdur. Həmçinin camaat namazları qılındığı yerinə, ədəblərinə, kamilliyinə və başqa səbəb­lərə görə dərəcə etibarı ilə biri-birindən fərqlənir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəm­bər (s.ə.s) dedi: “Camaatla qılınan namaz, tək qılınan namazdan iyirmi yeddi dərəcə (artıq) əfzəl­dir”.[1] Osman (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.ə.s) belə dediyini eşitdim: “Kim namaz üçün mükəmməl şəkildə dəstəmaz alar, sonra isə fərz namazını qılmaq üçün (məscidə) gedib, onu camaatla birgə qılarsa Allah onun günahlarını bağışlayar”.[2]


[1] Səhihu-l-Buxari 645, Səhih Muslim 1475
[2] Səhih Muslim 548

Davamı...

Baxış sayı: 40
Açar sözlər: namaz camaat məscid millət xalq 
Bookmark and Share

Camaat namazının hökmü, tarixi və qılınacağı yer

camaat-namazi-vaxti Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi doğru yola yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət verərsə o, doğru yol­da olar, kimi azdırarsa onu doğru yo­la yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir.   Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq məsəlman olduğunuz halda ölün![1]    Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da onun üçün zövcə (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın­ (törədib yer üzünə) yayan Rəbbi­niz­­dən qorxun! Adı ilə bir-birinizdən (cürbə­cür şeylər) istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəs­məkdən (həzər edin)! Həqiqətən, Allah si­zə Nəzarət edəndir![2]


[1] Ali-İmran, 102.
[2] ən-Nisa, 1.

Davamı...

Baxış sayı: 35
Açar sözlər: ramil soltanov mədinə beynəlxalq universiteti 
Bookmark and Share

Fitrə zəkatı haqda alimlərin fətvaları

1.Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?
Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.
Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur

2.Sual: Fitrə Zəkatının hökmü nədir?
Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.

Davamı...

Baxış sayı: 49
Açar sözlər: islamevi yaşar fitrə sədəqə zəkat 
Bookmark and Share


  Yazılar cəmi: 63   Sonrakı səhifə »

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 61
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 2554
Ümumi hit: 502989






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar