Hədis kəlməsi «yeni» mənasında işlənildiyi kimi, söz, xəbər mənalarında da işlənir. Bu kəlmədən törəyən bəzi fellər isə xəbər vermək, nəql etmək kimi mənalar verir.
Hədis kəlməsi zamanla Peyğəmbərdən (s.a.s) rəvayət edilən xəbərlərin ümumi adı olaraq işlənmişdir. Kəlimə Rəsulullah (s.a.s) tərəfindən də birbaşa bu mənada işlədilmişdir.
Hədisin dindəki yeri və əhəmiyyəti.
İslam şəriətinə görə hədis: Peyğəmbərin (s.a.s) dedikləri, etdikləri, görüb qadağan etmədikləri, əxlaqi və zahiri sifətləridir. Rəsulullah (s.a.s.) Allahdan aldığı vəhyi yalnızca insanlara çatdırmaqla qalmamış, eyni zamanda onları açıqlamış və öz həyatında da tətbiq edərək bizə örnək olmuşdur. Bu səbəblə ona yaşayan Quran deyilmişdir.
İslam alimləri ümumiyyətlə, dini mövzularla bağlı hədislərin Allah tərəfindən Peyğəmbərə (s.a.s) vəhy edilmiş olduğunu qəbul edirlər. Belə ki, Peyğəmbər (s.a.s) və onun əshabından nəql edilən bəzi xəbərlər bunun gerçək olduğunu ortaya qoyur.
Hədis elmi haqqında məlumat
Dua edəndə Ya Allah! və ya Ya Rəhman! deyə bilərikmi?
Sual: Qul dua etdiyi zaman ya Allah ya Rəhman" deməyəcək deyən bir kimsə haqqında soruşulmuşdur?
Cavab: Həmd Allaha məxsusdur . Bir qul Rəbbinə dua etdiyi zaman ya Allah, ya Rəhman deyə bilər, bu barədə müsəlmanlar arasında bir ayrılıq yoxdur. Bu islam dinində məcburi olaraq bilinməkdədir. Allah Təala: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110) - buyurmuşdur.Duanı nə vaxt etməliyik?
Sual: Duanı fərz namazların ardıncamı, sünnət namazların ardıncamı, yoxsa namazda təşəhhüddən sonramı etməliyik.
Cavab: Peyğəmbərin (s.ə.s) yerinə yetirdiyi və əmr etdiyi sünnət salamdan əvvəlki təşəhhüddə dua etməkdir. Səhih bir hədisdə təşəhhüddən sonra Peyğəmbərimiz (s.ə.s): “Allahumma inni əuzu bikə min əzabi cəhənnəm. Va əuzu bikə min azabil qəbr. Va əuzu bikə min fitnətil məhya vəl məmat – Allahım! Cəhənnəm əzabından sənə sığınıram. Qəbir əzabından sənə sığınıram. Həyatın və ölümün fitnəsindən də sənə sığınıram” (Kitəbu-s-sünnə və-l bidə) – dediyi sabit olmuşdur.
Salavatı Peyğəmbərdən (s.ə.s) başqasına oxumaq olarmı?
Biz həmişə Peyğəmbərə salavat gətirəndə “Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd” deyirik. Yəni, “Allahım Məhəmmədə və Məhəmmədin ailəsinə salam olsun!” deyirik. Bu cür salamı, salavatı digər başqa bir kimsəyə oxumaq olarmı, bu doğrudurmu?
Cavab: Həmd Allaha məxsusdur. Alimlər Peyğəmbərdən (s.ə.s) başqa digər bir kimsəyə ayrıca olaraq salavat oxumaq haqqında iki qövl üzərində ixtilaf etmişlər. Birinci qövl (söz) bunun qadağan olunmasıdır. Bu qövl İmam Malik, İmam Şafiidən nəql edilmiş olub, Əbu əl-Bərəkatın tərcih etdiyi görüşdür.Baxış sayı: 58
Açar sözlər: salavat salavati şərif peyğəmbərə salam
![]()
![]()
![]()
DUA və ZİKRLƏR
(1)- Peyğəmbər (s.a.v.) demişdir:
«Kim gündə yüz dəfə -( سُبحَانَ اللهِ وبِحَمدِهِ )
"Subhanə-l-lahi va bihəmdihi"
(Allah pak və nöqsansızdır, həmd Ona məxsusdur) desə, günahları, dəryadakı ləpələrin köpüyü qədər çox olsa belə, silinər».
(2)- ( لاَ إلَهَ إلاّ اللهُ وَحَدُهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلكُ وَلَهُ الحَمدُ وَهُوَ عَلَى كُلِّ شَيءٍ قَدِيرٍ )
Peyğəmbər (s.a.v.) demişdir: «Kim on dəfə "Lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləh, ləhu-l-mulku va ləhu-l-həmd va huva alə kulli şeyin qadir»
(Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, O təkdir, şəriki yoxdur, mülk və həmd Onundur va O, hər şeyə qadirdir) – desə, İsmayıl övladlarından on nəfəri azadlığa buraxmış kimi olur».
(3)-( سُبحَانَ اللهِ وبِحَمدِهِ ، سُبحَانَ اللهِ العظِيم )
Peyğəmbər (s.a.v.) demişdir: «Dilə yüngül, çəkidə ağır gələn və ər-Rəhmana sevimli olan kəlmə bunlardır: "Subhanə-l-lahi va bihəmdihi, subhanə-l-lahi-l-azım"
(Allah pak və nöqsansızdır və həmd Ona məxsusdur, Əzəmətli Allah pak və nöqsansızdır)».
Baxış sayı: 73
Açar sözlər: dua zikr subhanallah alhamdulillah allahu
![]()
![]()
![]()
Peyğəmbərimiz (sav) buyurmuşdur
1).Peyğəmbərimiz (sav) buyurmuşdur:
İslam beş əsas üzərində qurulmuşdur, şəhadət kəliməsini demək, namaz qılmaq , zəkat vermək, oruc tutmaq və həcc ziyarəti etmək.
2). Peyğəmbərimiz (sav) buyurmuşdur:
“ Siz böyük günahlardan çəkindikcə, beş namaz arası və cümədən cüməyə olan vaxt günahlarınız üçün kəffarədir.
3.)Abdullah bin Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
“Etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız.Səhər namazını qıldıqda isə günahlarınız yuyulur.Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, zöhr namazını qıldıqda isə günahlaınız yuyulur.Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, sonra əsr namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, məğrib namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, işa namazını qıldığınızda günahlarınız yuyulur.”
Baxış sayı: 66
Açar sözlər: peyğəmbər hədis buyurub rəvayət səhih
![]()
![]()
![]()
Sunnenin qurani achiqladiqina misallar
Allah Teala bir ayede "Namaz qilin, zekat verin" deye buyurmusdur. Ancaq namazin ne ruket saylarini, ne nece qilinacaqini, ne de vaxtlarini açiqlamadiqi kimi, ferzlerini, sunnet ve vaciblerinden ayri olaraq da zikr etmemisdir. Butun bunlari Peyqember (s.e.s)-in sunnesi bize beyan etmisdir. Eyni sekilde Quran, zekatin ne zaman vacib olacaqini da gostermemisdir. Elave olaraq zekat olaraq nelerden ve ne miqdarda verileceyini de gostermemisdir. Butun bunlari yene de sunne ayrica beyan etmisdir.
TƏRBİYƏ-Ümmətin qələbəsi üçün həll yolu
Məlumat mənbəyi: www.salaf.com, Təsfiyə və tərbiyə
Məqalənin kodu: CAF020003
Fəsil: İndiki hadisələr
Cübeyr ibn Nüfeyr deyir: Vaxtilə Kipr fəth olunduqda və oranın əhalisi bölündükdə onlar (yerli əhali) bir-birinin üstünə qışqırırdılar. Əbu Dərdanın radıyallahu anhu tək oturub ağladığını gördüm. Ona dedim: Ey Əbu Dərda! Allahın islamı və onun əhlini gücləndirdiyi bir gündə səni ağlamağa vadar edən nədir? O dedi: “Vay olsun sənə, ey Cübeyr! İlahi əmrləri tərk etdikləri zaman məxluqlar Allahın nəzdində necə də dəyərsiz olur. Bizim aramızda bir millət vardı. Onların nəzərə çarpan qədər güc və hökmranlığı var idi. Allahın əmrlərini tərk etdilər və gör başlarına nə gəldi!”.
«Həcc ibadətini məndən öyrənin»
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcci:
Müslim[1] öz sənədi ilə Cəfər ibn Məhəmməddən (Cəfəri Sadiqdən) o da atasından rəvayət edir və deyir: «Biz Cabir ibn Abdullahın (Allah ondan razı olsun) yanına daxil olduq. O camaatdan bir-bir hal əhval tuturdu. Sonda növbə mənə yetişdi və mən özümü təqdim edib dedim: Mən, Məhəmməd ibn Əli ibn Hüseynəm. O əli ilə başımı sığallayıb köynəyimin üst və alt düymələrini açaraq əlini mənim sinəmə qoydu. Həmin vaxt mən azyaşlı gənc idim.
Baxış sayı: 165
Açar sözlər: həccin fəziləti peyğəmbər məhəmməd kəbə
![]()
![]()
![]()
Araq içməyin aqibəti
Ən mötəbər hədis alimi, məşhur Buxari (Allah ondan razı olsun) “İçkilər” kitabında “Xəmr ağılı yox edən içkidir” babında rəvayət edir ki: Bizə Yəhya bin Səid Əbu Həyyan ət-Teymidən, o da Amir əş-Şabidən nəql etdi ki, İbn Ömər (r.a) belə demişdir: Ömər (Allah ondan razı olsun) Peyğəmbərin minbərində xütbə verib belə dedi: “Şübhəsiz ki, xəmrin (arağın) haram edilməsi Qurani Kərimin əl-Maidə surəsinin 93-cü ayəsində nazil olmuşdur (- İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!). Bu gün xəmr (araq) bu beş şeydən düzəldilir. Üzümdən, xurmadan, buğdadan, arpadan və baldan. Xəmr isə ağılı örtən hər cür içkiyə deyilir. Üç şey var ki, Peyğəmbərin (s.ə.s) bizə tam açıq məlumat verənə qədər bizdən ayrılmamasını təmənne etdim. Baba, dedi-qodu və birdə faizin bəzi hissələri”.






