Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa çəkməsinin məntiqini anlayıram. Məsələn, qadın uğursuz məhəbbətinin nəticəsi kimi doğulan uşağını küçəyə tullayır və beləliklə də ona yüklənmiş sınaqdan keçə bilmir. Yaxud da digər bir sonsuz, uşağı olmayan qadın başqasının övladını oğurlayır ki, öz nəfsini təmin etsin. Beləliklə o ona verilmiş imtahandan da keçə bilmir. Bütün bunlar aydındır. Amma mən belə məsələlərdə zərər çəkən məzlumlara münasibəti başa düşmürəm. Məntiqi cəhətdən cavab tapa bilmirəm ki, çəkdiyim misallardakı uşaqların günahı nədir, onlar nəyə görə imtahan olunmalı, əzab çəkməlidirlər? Hansı günahına görə Allah o küçəyə tullanan uşağı, ya da xəstəlik içində çapalayan balacanı sınağa çəkir? Axı uşaqlar niyə sorğu-sual olunmalıdırlar? Nəyə görə Allah günahsızların bütün dünyada əziyyət çəkməyinə icazə verir? Bax bunu mən başa düşmürəm..."
Cavab: Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Allah uşaqlara niyə xəstəlik və bəla göndərir
Yeni doğulmuş körpeni qarşılamağa dair islamda buyurulan emeller
Sual: Bir ve yaxud bir neçe günden sonra dünyaya gelecek yeni körpeni qarşılamaq üçün men ne etmeliyem ve yaxud hansı hazırlıq işlerini görmeliyem?
Cavab: Hemd Allaha mexsusdur.
İlk növbede:
Allahdan dileyimiz budur ki, sizin yeni körpenizi sizin üçün bereketli, mübarek etsin ve onu salehlerden ve teqvalılardan etsin ki, sizin xeyir emel terezinizde bu körpe ağır gelsin. Çünki Allahın elçisinin bele buyurduğu sallallahu aleyhi ve sellem revayet olunmuşdur: “İnsan dünyasını deyişdikde onun bütün emellerine son qoyulur, yalnız üç şeyden başqa: davam eden sedeqe (sedeqe ceeriye), faydalı elm ve yaxud onun üçün dua eden saleh övlad”. (Müslim (1631))
Baxış sayı: 118
Açar sözlər: fetva ovlad ushaq namaz dinifetva
![]()
![]()
![]()
Boşanma məsələləri. Talaq.

Övrətinə yaxınlaşmamağa and içmək və zihar
Övrətinə yaxınlaşmamağı and içmək (Əl-İyla):
Əgər kişi arvadına dörd aydan az müddətdə yaxınlaşmayacağına and içərsə yaxşı olar ki, andının kəffarəsini versin və ailəsinə yaxınlıq etsin. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim bir işə and içib, başqa işin ondan daha xeyirli olduğunu görərsə, xeyirli olan işi görsün və andının kəffarəsini versin»[1].
Ailə münaqişələri və özbaşınalıq
Ailə münaqişələri
Elə bir ailə yoxdur ki, orada problem və ya münaqişə olmasın. Lakin ailələr, baş verən problemlərin və münaqişələrin böyüklüyünə görə fərqlənirlər. İslam şəriəti, ailə problemlərini öz aralarında həll etmələri üçün ərlə arvadı bu işə təşviq etmiş, hər birinə məsələnin qarşılıqlı həlli yollarını örətmişdir. Hətta İslam şəriəti problemləri yetişməmiş həll etməyə təşviq etmişdir. Uca Allah buyurur: «...(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün!...»[1].
Baxış sayı: 257
Açar sözlər: münaqişə özbaşınalıq xurafat men
![]()
![]()
![]()
Kişinin qadın üzərindəki haqqı
Kişinin qadın üzərində olan haqqları
Kişinin qadın üzərində böyük haqqı vardır. Bu haqqı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri ilə dəyərləndirmişdir: «Kişinin qadın üzərində olan haqqı elə böyükdür ki, kişinin bədənində olan irinli yaranı yalayarsa yenə də onun haqqını ödəyə bilməz»
Kişinin qadın üzərində olan haqqları
Kişinin qadın üzərində böyük haqqı vardır. Bu haqqı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri ilə dəyərləndirmişdir: «Kişinin qadın üzərində olan haqqı elə böyükdür ki, kişinin bədənində olan irinli yaranı yalayarsa yenə də onun haqqını ödəyə bilməz»[1].
Dərrakəli və müdrik qadın, Allahın və rəsulunun dəyərləndirdiyinə önəm verən, öz ərini layiqincə qiymətləndirən kimsədir. Qadın kişiyə itaət etməyə çalışmalıdır. Çünki ona itaət etməsi cənnətə aparan səbəblərdəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Əgər qadın gündəlik beş namazını qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və ərinə itaət edərsə ona: "cənnətin hansı qapısından istəyirsən oraya daxil ol" – deyərlər»[2].
Haram evlilik və batil nigahlar
Bir neçə qadınla evlənmək
Neçə qadınla nikah bağlamaq olar?
Dörddən artıq arvad almaq halal deyildir. Uca Allah buyurur: «...o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!..»[1].
Demək, Ğeylan ibn Sələmə İslamı qəbul edərkən on arvadı var idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona, dördünü saxlayıb digərlərini boşamağı əmr etdi.[2]
Həmçinin Qeys ibn Haris deyir ki, mən İslamı qəbul edərkən səkkiz arvadım var idi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib bu haqda ona dedim. O isə belə cavab verdi: «Onlardan dördünü seç»[3].
Baxış sayı: 307
Açar sözlər: çoxarvadlılıq qadın evlənmək ailə qurmaq
![]()
![]()
![]()
Evlənərkən ziyafət vermək
Ziyafət vermək vacibdir:
Qadınla yaxınlıq etdikdən sonra ziyafət vermək vacibdir. Yuxarıda da qeyd etmişdik ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbdürrəhman ibn Ovfə ziyafət verməyi əmr etmişdi.
Həmçinin Bureydə ibn əl-Huseyyib deyir: Əli Fatimə (Allah onlardan razı olsun) ilə nişanlandıqda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdi: «Bəy mütləq bir ziyafət verməlidir»[1].
Baxış sayı: 224
Açar sözlər: qonaqlıq ziyafət toy düyün şadlıq
![]()
![]()
![]()
Qadınla yaşamaq və onun yanına daxil olmanın ədəbləri
Qadınla nə zamandan yaşamaq yaxşıdır?
Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənimlə şəvval ayında evləndi və elə o ayda da mənimlə yaşadı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hansı yoldaşı mənim kimi şanslıdır?![1] Beləliklə Aişə (Allah ondan razı olsun) özünə yaxın qadınların şəvval ayında evlənməsini müstəhəb görürdü»[2].
Baxış sayı: 421
Açar sözlər: ailə qadın yaxınlıq əlaqə cütlük
![]()
![]()
![]()






