Qamət Süleyman: “Hakimiyyətə qarşı çıxmaq olmaz, problemlərin həllinə isə dua vasitəsi nail olmağa çalışırıq»
«Məscidin içindən kənarda namazı qadağan etmək çox absurd təklif olardı»
“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanla çoxdan planlaşdırdığımız müsahibə ötən gün nəhayət ki baş tutdu. Qamət Süleymanla məscidin yaxınlığında yerləşən bir çayçıda oturub, cəmiyyəti maraqlandıran bir çox suallar ətrafında söhbət etmişik.
Davamı...
Baxış sayı: 18
Açar sözlər: bizimyol qəzeti qamət əbubəkr məscidi
Rusiya və Azərbaycanın axtardığı Dağıstan əmirinin ata evindən reportaj
Atası Abdurrahman Mollaçiyev: "Allah evinə bomba atana rəhm etmək olmaz"
Onun adını ilk dəfə Rusiya hüquq-mühafizə orqanlarının rəsmi açıqlamalarından eşitdik. Ötən il Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi Zaqatala sakini İlqar Mollaçiyevin Dağıstan İslam Cəbhəsinin komandanı elan edilməsi barədə rəsmi məlumat yaydı. İ.Mollaçiyevdən əvvəl isə Dağıstanın əmiri Rəbbani Xəlilov idi. R.Xəlilov və onun əslən Zaqataladan olan müavini Nəbi Nəbiyev keçən ilin fevral ayında Mahaçqala şəhərində ruslarla döyüşdə qətlə yetirildikdən sonra Dağıstan mücahidlərinə rəhbərlik etməyi İ.Mollaçiyev üzərinə götürüb.
Davamı...
Baxış sayı: 19
Açar sözlər: news xeber ilqar mollaçiyev atası
Bu gün mənim bir sualım olacaq hərkəsə.Və baxaq görək cavabını rahatca verəbiləcəksiniz, yoxsa başınızı aşağı salacaqsınız? Məncə hər ikisi də gözəl nəticədir. Başınızı aşagi salıb düşünsəniz də gözəldir. Çünki düşünmək qədər faydalı bir iş ola bilməz. Cavabı həmin an versənizdə gözəldir. O zaman sualın cavabına zehninizi yoracaq qədər mövzuyla məşğul olursunuz deməkdir ki, bu da həqiqətən gözəldir. Bəli, indi yazımıza başlıq olaraq verdiyimiz sualı bir daha təkrarlayaq: Şeytan kimin gözlərindən öpər? Bilirəm deyəcəksiniz ki, -Şeytan bir insanın gözlərindən öpərsə, o insan pis işlərlə məşğuldur deməktir.
Davamı...
Baxış sayı: 35
Açar sözlər: şeytan cin sheytan kabus öpüş
Bu gün cəmiyyətimiz Allahın ona bəxş etdiyi ən gözəl nemətlərdən biri olan islam dini nemətini tanımağa, yaşamağa, həyatlarında tədbiq etməyə başlamışdır. Təbii prosses olaraq yetmiş il bizi digər dəyərli varlığımızdan uzaq tutmağa çalışan, buna az da olsa nail olan yad düşmənlər, qeyri dinin mənsubları, xristianlar, yəhudlilər və sionistlər indiki kimi dinimizi yaşamağa imkan verməmişlər. Həqiqətən də buna şərait belə yaratmamışlar. Əksinə mövcud olan şəraitin qarşısını kəsmiş, Allahın ən səhih dini olan islamın yayılıb yaşanmasına mane olmuşlar. Bu gün Azərbaycan xalqı artıq bu bəlalardan təmizlənmiş, həqiqi din olan islam yenidən özümüzə qayıtmış, həyatımıza sirayət etmişdir. Bu nemətin bizim və bizdən sonra gələn nəsillərimizin həyatında xeyirli bərəkətli olmasını Allahdan istəyirik.
Davamı...
Baxış sayı: 225
Açar sözlər: təkfirçi ixvan cihad səs küy
"Ovsun" Kitabı
Mərhəmətli, Rəhimli olan Allahın adı ilə Həqiqətən, şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. “Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”
Davamı...
Baxış sayı: 23
Açar sözlər: ovsun sehr cadu piti cin

Fatihə
Fatihənin namazda böyük əhəmiyyəti olduğu kimi, namazın da başqa fərzlər arasında çox mühüm yeri var.
Namazda həyat deyiləndə, namaz qılınan vaxt, müddət, yer deyil, namaz əda olunarkən qəlbin və ruhun yaşadığı həyat nəzərdə tutulur. Həqiqətdə insanın həyatı onun cəsədinin yaşadığı deyil,–necəki bu bütün heyvanlardadır –onun qəlbinin imanla, Allahı tanımaqla və əqidəsi ilə yaşadığı həyatdır. Allahu Təala insanın qəlbini imanla dirildir, zülmətdən çıxarıb nura və hidayətə yönəldir.
Allahu Təala buyurub: ((Ey iman gətirənlər, Allahın və Rəsulunun, sizi yaşadan və həyat verən dəvətinə cavab verin, qəbul edin.)) (əl-Ənfal, 24)
Davamı...
Baxış sayı: 20
Açar sözlər: fatihe fatihə namaz surə ayə
Məşhur islam alimi şeyx Useyminin seçkilərlə bağlı fətvası.
“Məncə seçkilər zəruridir”; Biz yaxşı düşündüyümüz insanı seçməliyik, ona görə ki əgər yaxşılar bitərəf qalsalar onda onları kim əvəz edəcək? Şeytan əməlli insanlar və ya nə zərəri nə də ki, faydası olmayan lakin hay-küy salan insanarın ardınca gedən bitərəflər onların yerini tutacaqlar. Beləliklə bizim heç bir seçimimiz yoxdu lakin uyğun sandıqlarımızı seçməliyik.
Davamı...
Baxış sayı: 39
Açar sözlər: seçkiler prezident seçkiləri xəbər etər
Bir neçə ay bundan əvvəl elan olunmuşdu ki, blogçuların görüşü keçiriləcək. Bu Aytəkin xanımın blogunun ad günü münasibəti ilə keçirələcək bir tədbir idi. Həm də ad günü bəhanə idi və əsas hesab olunurdu ki, burada blogçular bir yerə cəm olunacaqdı. Aytəkin xanım bununla bağlı mənə bildiriş də göndərmişdi. Buna görə Aytəkin xanıma təşəkkür edirəm. Bir dəfə lap çoxdan blogçuların görüşü keçirilmişdi və mən bildirmişdim ki, bu cür görüşlərə məni də dəvət edin. Mənə zəng edin. Hətta bu blogçuların görüşü keçirildi, hamı iştirak etdi, mən deyəndə ki, niyə məni də zəng edib dəvət etmədiniz, günahkar məni çıxardılar. Hamı gəldi, sən də istəsəydin gələrdin.
Davamı...
Baxış sayı: 31
Açar sözlər: əkrəm həsənov blog yazarı idarəçi
ALLAH
Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir
varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına
deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram.
Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları
davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları
möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İ
lah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri
olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən,
cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.
Davamı...
Baxış sayı: 17
Açar sözlər: allahın adları hüsna əsma
Allahın Gözəl Adları (Əsmai Hüsna)
Allahın adını vasitə edib dua etmək ibadətdir:
"Ən gözəl adlar ( əsmai- hüsna ) Allahındır. Onu bu adlarla
çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk
edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl -
Əraf,180)
Davamı...
Baxış sayı: 19
Açar sözlər: allahın adları əsmail hüsna ən
Yazılar cəmi: 391
Sonrakı səhifə »