Qəribə deyilmi ki, 50 000 manatlıq əskinasi məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləğ kimi görünür, mağazada qoyduqda isə nə qədər az pul xərclədiyimizi düşünürük :?:
~:~:~
Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saat bizə bu qədər uzun görünür, TV qarşısında sərf etdiyimiz 1 saat isə bu qədər qısa :?:
~:~:~
Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dotlarımızla deyib-güləndə diqqətimiz başqa şeylərə yönəlmir :?:
Qəribə deyilmi?
PSİXOLOJİ PROBLEMLƏRDƏN XİLAS OLMAĞIN YOLU
Həmd Allaha məxsusdur.
Şübhəsiz ki, insan gələcəkdə baş verəcəklər haqqında narahatçılıq keçirmək və keçmişdə baş verənlərə üzülmək kimi psixoloji problemlərdən təsirlənə bilər. Psixoloji problemlərin bədənə təsiri fiziki problemlərin yaratdığı təsirdən daha güclüdür. Biz bunu bilməliyik ki, insana təsir edən narahatçılıqlar və qəm-kədər insanın günahlarına kəffarə edən və günah yükünü azaldan səbəblər arasındadır. Buna qarşı səbr edərsə və Allahdan savabını umarsa ona görə mükafatlandırılacaqdır.
İslamda buyurulan qaydalara müvafiq olaraq bu problemləri həll etməyin təsir qüvvəsi maddi dərmanlarla müalicə üsulundan daha güclüdür. Bu da təsdiq olunmuşdur və məlum bir şeydir.
Baxış sayı: 199
Açar sözlər: psixologiya sosiologiya problem xilas
![]()
![]()
![]()






