
Fatihə
Fatihənin namazda böyük əhəmiyyəti olduğu kimi, namazın da başqa fərzlər arasında çox mühüm yeri var.
Namazda həyat deyiləndə, namaz qılınan vaxt, müddət, yer deyil, namaz əda olunarkən qəlbin və ruhun yaşadığı həyat nəzərdə tutulur. Həqiqətdə insanın həyatı onun cəsədinin yaşadığı deyil,–necəki bu bütün heyvanlardadır –onun qəlbinin imanla, Allahı tanımaqla və əqidəsi ilə yaşadığı həyatdır. Allahu Təala insanın qəlbini imanla dirildir, zülmətdən çıxarıb nura və hidayətə yönəldir.
Allahu Təala buyurub: ((Ey iman gətirənlər, Allahın və Rəsulunun, sizi yaşadan və həyat verən dəvətinə cavab verin, qəbul edin.)) (əl-Ənfal, 24)
Namazın insana olan böyük təsiri
"Qurani Kərim" kitabının Azərbaycan-dilinə tərcüməsi
Qurani Kərim
Quran Uca Allahın Cəbrail (Allahın ona salamı olsun) vasitəsi ilə qulu və peyğəmbəri olan Muhəmmmədə (Allahın ona salavat və salamı olsun) 23-il ərzində nazil etdiyi kəlamıdır. Quran Allahın kitabının xüsusi adıdır. Qurandan başqa heç bir kitab belə adlanmır. Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib pis işlərdən çəkindirən dirilər üçün göndərilmiş kitabdır. Quran elmin xəzinəsi, nicat yolunu göstərən qaydalarla zəngin olan bir kitabdır. Uca Allah bu kitabı vəsf edərək buyurur: "Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır"[1]. Digər bir ayədə buyurur: "Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi)"[2].
Quranı pulla oxumaq olarmı?
«QUR’АNI ОХUYUN, ОNU DÜNYА MƏNFƏƏTINƏ АLƏT ЕTMƏYIN» Məhəmməd pеyğəmbər (s.а.s.) Mərhəmətli, rəhmli оlаn ucа Аllаhа özünün rаzı оlduğu qədər, ərşinin аğırlığı, кəlimələrinin sаyı və yаrаtdıqlаrının sаyı qədər həmd еdərəк, qəlbində Аllаhа qаrşı qоrхu hiss еdən, Аllаhı və Оnun Кitаbını sеvirəm dеyən, hаqqı və həqiqəti bilməк istəyən həmvətənlərimə, şəriətin mühüm bir məsələsini bu кiçiк məqаlədə хаtırlаtmаq istəyirəm.
Fatir surəsi
1 - Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
2 - Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
3 - Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?
Baxış sayı: 38
Açar sözlər: qurani kərim fatir surəsi parçalar
![]()
![]()
![]()
Cəhənnəm yolu_2
Mərhəmətli, rəhmli Allahın adı ilə!
Bunlar hikmətli kitabın Qur'anın ayələridir. (Loğman 2 ayə)
Muəllif Muzzəmmil
Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" (Taha.124ayə)
Cəhənnəm yolu_1
Mərhəmətli, rəhmli Allahın adı ilə!
Bunlar hikmətli kitabın Qur'anın ayələridir. (Loğman 2 ayə)
Muəllif Muzzəmmil
Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin! (Əl-Bəqərə.42 ayə.) (Ölənin vəsiyyətini) eşitdikdən sanra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir. (Əl Bəqərə.181ayə.) Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin! . (Əl-Bəqərə.188 ayə.)
SADƏCƏ QUR`ANLA DANIŞAN QADIN
Təbei-Tabein nəslindən Abdullah ibn Mübarək (r.a.) rəvayət edir ki:
" Həccə gedirdim. İraq-Suriya torpaqlarından keçərkən yalqız bir qadına rast gəldim.
Salam verdim, salamımı, "Üstəlik Rəhmli Rəbb (onlara) `Salam` deyəcək!" (Yasin 58) ayəsi ilə aldı.
-Buralarda nə edirsən?- deyə soruşdum.
"Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz" (əl-Ə'raf, 186) ayəsini oxudu.
Başa düşdüm ki, yolunu itirib.
-Hara gedirsən? – sualıma,
"Öz qulunu gecə vaxtı Məscidul Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul Əqsaya aparan (Allah) pak və müqəddəsdir..." (əl-İsra, 1) ayəsiylə cavab verdi.
Başa düşdüm ki, həccdən qayıdır və Qüdsə gedir.
-Neçə müddətdir yolunu itirmisən? – dedim.
"Tam üç gecə (yəni üç gündür)" (Məryəm 10) ayəsini oxudu.
Ona yemək təklif etdim.
Baxış sayı: 105
Açar sözlər: ekrem qubadli caytumas islam qadin
![]()
![]()
![]()
Allahı görmək barəsində sələfin mövqeyi nədir?
Allah Təala Quranda qiyamət gününü xatırladanda belə buyurur: "O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!» (Əl Qiyamə surəsi, 22-23) Baxmaq sözünü üzlər sözünə aid elədi. Üzdə görməyi bacaran da gözlərdir. Ayədə Allahın gözlə görülə bilməsinə dəlil var. Ancaq Allahı görməyimiz Onu əhatə etməyimiz demək deyil. Çünki Allah belə buyurur: "Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!» (Taha surəsi, 110) Və əgər Allahı elmimiz ilə əhatə etməyimiz mümkün deyilsə, elmi əhatə etmək, gözlə əhatə etməkdən daha genişdir.
Baxış sayı: 137
Açar sözlər: dini fetvalar ruyetullah din
![]()
![]()
![]()
Vefat etmiş insan üçün Fatihe suresini oxumaq
Sual: Vefat etmiş insana Fatihe oxumaq ve savabını ona bağışlamağın hökmü nedir?
Cavab: Hemd Allaha mexsusdur.
Fatihe ve yaxud Qurandan her hansı bir hisseni oxumaq ve mükafatını, savabını ölmüş insana bağışlamağa dair şerietde heç bir delil, sübut yoxdur. Biz bunu etmemeliyik, çünki peyğemberin sallallahu aleyhi ve sellem, onun sehabelerinin (Allah onlardan razı olsun) bu cür etdiyi revayet olunmamışdır. Dünyasını deyişmiş müselmanlar üçün dua etmek ve onların adından kasıblara, ehtiyacı olanlara sedeqe vermek şerietde var. Bu minvalla insan Allaha yaxınlaşa biler ve bu emelinin savabını dünyasını deyişmiş ve yaxud yaşayan atasına, anasına ve yaxud diger insanlara vermeyi Allahdan isteye biler. Peyğember sallallahu aleyhi ve sellem buyurmuşdur: “İnsan dünyasını deyişdikde onun bütün emellerine son qoyulur, yalnız üç şeyden başqa: davam eden sedeqe (sedeqe ceeriye), faydalı elm ve yaxud onun üçün dua eden saleh övlad”.







