Reklam verin!

Krişna dininə dəvət gedir

Azərbaycan, Bakı şəhəri, "Elmlər Akademiyası" metrosunun qarşısından çıxıb Akademiyanın binasına gedirdim. Təxminən saat 15:00 radələri olardı. Bir qadının əlində kitablar parkın qarşısında oturan gənclərin yanına getdiyini gördüm. Mənim üçün maraqlı idi. Gənclərə yaxınlaşdım və oturmaq üçün icazə aldım. "Buyur!" dedilər və gənclərin yanında oturdum. Həmin əlində kitab olan qadın bizə yaxınlaşdı. Ən gözəl ədəb və ərkanla bizi salamladı və kitabları təqim etməyə başladı. Kitablar Brahma dininə mənsub Krişnalığa aid kitablar idi. Qadın Allahın adı ilə söhbətə başladı. Allah təalanın kitabından danışıb, Məhəmməd peyğəmbərdən və Hz Əlidən gözəl sitatlar gətirərək gəncləri öz batil dininə dəvət ediridi. Krişnalıq kitabında müxtəlif təzahürlərdə əks olunan insan şəkilləri var idi və o izah ediri ki, insan öləndən sonra yenidən bu dünyaya gəlir.

Davamı...

Baxış sayı: 108
Açar sözlər: krişna batil din aqil insan 
Bookmark and Share

MTN: “Əbu Bəkr”dəki partlayışla bağlı 18 nəfər tutulub

mtn-istintaq-hakim“Əbu Bəkr” məscidində törədilən partlayışla bağlı 18 nəfər tutulub. Bu barədə Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilib.

MTN ictimaiyyətlə əlaqələr mərkəzindən Lent.az-a verilən məlumata görə, bu il avqustun 17-də Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu Bəkr” məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfərin ölməsi və 18 nəfərin yaralanması ilə əlaqədar MTN tərəfindən görülən tədbirlərlə bu cinayətdə şübhəli bilinən 18 nəfər yaxalanıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Bu zaman, onlara məxsus çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğu və xüsusi rabitə vasitəsi, müxtəlif hərbi təyinatlı ləvazimat və sair aşkarlanaraq götürülüb.

Davamı...

Baxış sayı: 31
Açar sözlər: mtn norma polis din rbpi 
Bookmark and Share

Islam Haqq Dİn saytının banneri

Əziz və dəyərli ziyarətçilər! Bütün səhifəmizin ziyarətçiləri! Sizin hər birinizdən xahiş edirəm ki, imkanınız çatan qədər mənim blogumun bannerini öz saytınızda və ya tanıdığınız hansısa blog və saytda yerləşdirəsiniz. Mən onu qeyd etmək istərdim ki, bu banneri bizim islam blogu üçün Vüqar bəy hazırlayıb. Ona hər zaman gözəl yaradıcılıq nailiyyətyləri arzu edirəm.

Bannerləri sizə təqdim edirəm. Hansını istəsəniz, bəyənsəniz blog və saytınıza yerləşdirərsiniz.

 

Davamı...

Baxış sayı: 77
Açar sözlər: islam haqq din banner sayt 
Bookmark and Share

Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının iclası keçirilmişdir

reyaset-heyeti-elm-alim

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, iyulun 17-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının iclası keçirilmişdir.

İclasda Azərbaycan elmində islahatların aparılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 aprel tarixli sərəncamından irəli gələn vəzifələr müzakirə olunmuşdur. 2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihəsinin hazırlanması işinin gedişinə dair komissiya sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun məlumatı dinlənilmişdir.

Davamı...

Baxış sayı: 60
Açar sözlər: elm akademiya rəyasət heyəti din 
Bookmark and Share

Kanadada ölkədəki ən böyük məscid kompleksinin açılışı olub

beytul-nur-mescid

Məscidin açılışında iştirak edən Kanadanın baş naziri Stiven Harper yeni kompleksi “Memarlıq incisi” adlandırıb

Kanadanın ən böyük məscidi Albert əyalətində Kalqari ərazisində tikilib. “Beytul Nur” məscid kompleksinin ümumi meydançası 4300 kvadrat metrdir. Tikinti 15 mln dollara başa gəlib. Bu məbləğin 8 mln dolları Kanadada yaradılan Əhmədiyyə müsəlan cəmiyyətinin üzvləri tərəfindən könüllü sürətdə toplanıb. 

Davamı...

Baxış sayı: 76
Açar sözlər: kanada mescid islam haqq din 
Bookmark and Share

Allahı görmək barəsində sələfin mövqeyi nədir?

Allah Təala Quranda qiyamət gününü xatırladanda belə buyurur: "O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!» (Əl Qiyamə surəsi, 22-23) Baxmaq sözünü üzlər sözünə aid elədi. Üzdə görməyi bacaran da gözlərdir. Ayədə Allahın gözlə görülə bilməsinə dəlil var. Ancaq Allahı görməyimiz Onu əhatə etməyimiz demək deyil. Çünki Allah belə buyurur: "Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!» (Taha surəsi, 110) Və əgər Allahı elmimiz ilə əhatə etməyimiz mümkün deyilsə, elmi əhatə etmək, gözlə əhatə etməkdən daha genişdir.

Davamı...

Baxış sayı: 137
Açar sözlər: dini fetvalar ruyetullah din 
Bookmark and Share

Qiyamət nə vaxt qopacaq?

qiyamet

«İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)

Qiyamət nə vaxt qopacaq?..
Qiyamət günü haqqında heç məlumatı olmayana rast gəlmək çətindir. Az da olsa, hər birimiz dünyanın sonu və qiyamətin qopacağı barədə nələrsə eşitmişik. Və heç şübhəsiz ki, onun dəhşətindən də az və ya çox xəbərdarıq. Bəziləri bu məsələyə lazımınca ciddi yanaşmasalar belə, ilahi kitablarda Allah-Təalanın vəd etdiyi kimi, bu gun mütləq olacaq: «Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...» (Həcc surəsi, ayə7). «Allahın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!» deyildiyi zaman «Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!», - deyə cavab verirdiniz!» (Casiyə surəsi, ayə32)
Bəs qiyamət günü nə vaxt olacaq? Qiyamətin qopacağı gün nə zamandır?
Əlbəttə, ilahi kitablarda bu gün barədə geniş danışılsa da, onun konkret tarixi ilə bağlı məlumat verilmir: «Camaat səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: «Onu ancaq Allah bilər!». Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır». (Əhzab surəsi, ayə63).
Buna baxmayaraq, sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) hədislərində Qiyamətin əlamətləri, Qiyamətdən əvvəl baş verəcək hadisələrin geniş təsviri verilir.

Davamı...

Baxış sayı: 221
Açar sözlər: din qiyamət kiyamet son dönüş 
Bookmark and Share

TƏRBİYƏ-Ümmətin qələbəsi üçün həll yolu

islam-elm-menhec-minhec-al

Müəllif: Şeyx Əli Həsən əl-Hələbi
Məlumat mənbəyi:
www.salaf.com, Təsfiyə və tərbiyə
Məqalənin kodu: CAF020003
Fəsil: İndiki hadisələr


Məxluqatın dünyada izlədiyi yollar və davranışlar


Cübeyr ibn Nüfeyr deyir: Vaxtilə Kipr fəth olunduqda və oranın əhalisi bölündükdə onlar (yerli əhali) bir-birinin üstünə qışqırırdılar. Əbu Dərdanın radıyallahu anhu tək oturub ağladığını gördüm. Ona dedim: Ey Əbu Dərda! Allahın islamı və onun əhlini gücləndirdiyi bir gündə səni ağlamağa vadar edən nədir? O dedi: “Vay olsun sənə, ey Cübeyr! İlahi əmrləri tərk etdikləri zaman məxluqlar Allahın nəzdində necə də dəyərsiz olur. Bizim aramızda bir millət vardı. Onların nəzərə çarpan qədər güc və hökmranlığı var idi. Allahın əmrlərini tərk etdilər və gör başlarına nə gəldi!”.

Davamı...

Baxış sayı: 175
Açar sözlər: minhec menhec manhac din akide 
Bookmark and Share

"Azərbaycanda heç kəs öz dini etiqadına görə təqib olunmur"

allahsukur-pashazade

Hacı Allahşükür Paşazadə: "İndiyə qədər bu və ya digər dinə mənsub şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair heç bir fakt qeydə alınmayıb"

Azərbaycanda heç kəs öz dini etiqadına görə təqib olunmur. Bunu bu gün keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə bəyan edib.

Davamı...

Baxış sayı: 186
Açar sözlər: qeyd şərh şeyx allahşükür din 
Bookmark and Share

Əbülfəs Qarayev Qubada təmir edilmiş məscidin açılışında iştirak edəcək

abilfaz-qarayev-nazir

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin maliyyəsi hesabına təmir edilmiş məscid Qubanın Rustov kəndində yerləşir

Aprelin 7-də Qubanın Rustov kəndində təmirdən yeni çıxmış məscidin açılış mərasimi keçiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin maliyyəsi hesabına təmir və bərpa edilən məscidin açılış mərasimində nazir Əbülfəs Qarayev də iştirak edəcək.

Davamı...

Baxış sayı: 215
Açar sözlər: ebilfez qarayev əbülfəz gənc din 
Bookmark and Share


  Yazılar cəmi: 21   Sonrakı səhifə »

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 77
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 2498
Ümumi hit: 502933






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar