Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə əsasən şaban ayının otuzuncu gecəsi günəş batandan sonra yeni doğmuş ayı bir nəfər, yaxud ramazan ayının otuzuncu gecəsində isə iki nəfər inamlı müsəlmanın görməsi kifayətdir. Beləliklə ayın əvvəli və sonu təyin edilir. Artıq günəş batandan sonra təzə doğmuş ayın neçə dəqiqə görsənməsi əhəmiyyət kəsb etmir.
Daimi Elmi Araşdırmalar Mərkəzi
Qəməri ayların başlanması hansı yolla isbat edilir?
Ramazan qabağı
Allaha həmd olsun ki, bizə mərhəmət edərək, günahlarımızdan təmizlənmək üçün Ramazan ayı kimi fürsət yaradıb. Həqiqətən, bu ay aylar arasında çox böyük və əhəmiyyətli yer tutur. Allah təala belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) müttəqilərdən olasınız!” (əl-Bəqərə, 183).
Baxış sayı: 60
Açar sözlər: ramazan qabağı azərbaycan orucluq fətva
![]()
![]()
![]()
İslamı qəbul etdikdə qul haqqları üzərimizdən düşürmü?
Kafir biri İslam dinini qəbul edib Allah Azzə və Cəlləyə tövbə edir. Onun malında, üzərində (məsələn, borc və yaxud bu və ya digər haqqlar kimi) başqa insanların haqqları var. İslam dinini qəbul etməsi həqiqəti onu digər insanların haqqlarını ödəmək məsuliyyətindən azad edirmi, yoxsa bu haqqları mütləq haqq sahiblərinə qaytarmalıdır?
Şeyx Fovzanın bugünki müsəlman rəhbərlərə kafir deyənlər haqda fətvasi
İnternet vasitəsi ilə Faransadan belə bir sual verilir ki, bu gün müsəlman rəhbərlərini ümumi və fərdi şəkildə kafir sayanlara qarşı bizim mövqeyimiz necə olmalıdır?
Bu fikirdə olan insanlar xəvaric sayılırlarmi?
Bizə bu haqda faydalı bir tövsiyə edin. Allah sizi xeyirlə mükafatlandırsın!
Cavab: Müsəlmanları ümumi şəkildə kafir sayanlar əsl xəvaric, hətta deyərdim ki, xəvariclərdən də pisdirlər. Çünki bunlar heç kəsi istisna etmədən müsəlmanların bütün rəhbərlərinə kafir deyirlər. Bu isə xəvariclərin məzhəbindən də pisdir. Çünki onlar bu haqda hədlərini aşmışlar.
Fətvanı buradan yükləyə bilərsiniz
Baxış sayı: 159
Açar sözlər: rəhbər prezident president fətva fovzan
![]()
![]()
![]()






