Yeni tədris binası ilə bağlı mübahisə yaranıb![]()
“Təzə Pir” məsidinin həyətində Bakı İslam Universiteti üçün tikilən tədris binasının inşası başa çatıb. Universitet rəhbərliyi yeni tədris ilini təzə binada qarşılayacaqlarını bildirsə də, deyilənlər özünü doğrultmayıb.
Lent.az-a daxil olan məlumatlara görə, yeni tədris korpusunun tikintisi ilə əlaqədar ciddi narazılıqlar var. Bu səbəbdən də universitetin yeni binaya köçməsi ləngiyir. Əsas narazılıq isə tədris korpusunun tikintisinin maliyyələşdirilməsi ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, Qafqaz Müsəlmanları İdarəsi dövlət büdcəsi hesabına tikilmiş binanın ərsəyə gəlməsində öz rolunu şişirdir. Bu isə universitet rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb. Açılış mərasiminin ləngiməsinə səbəb də tədbirin Qafqaz Müsəlmanları İdarəsi, yoxsa, universitetin özü tərəfindən keçirilməli olduğunun müəyyənləşməməsidir.
Bakı İslam Universiteti yeni binaya niyə köçmür?
Baxış sayı: 30
Açar sözlər: baki islam universiteti haci sabir
![]()
![]()
![]()
Namazın islamda yeri
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” [1]
Islam və Qərb
Yer üzündə yaşamış hər cəmiyyət bir mədəniyyətə sahib olduğu kimi Fransa sərhədlərindən İndoneziyaya qədər yayılmış İslamın da özünə məxsus bir mədəniyyəti vardır.İslam mədəniyyəti digər bütün mədəniyyətlərdən daha geniş bir təsirə malikdir.14 əsrlik uzun bir keçmişe sahib olan bu mədəniyyət özündən öncə gələn daha yaşlı əhli-kitab mədəniyyətinə də üstün gələrək tək bir irqin əsəri olmamış,dar mənada bəlli bir coğrafi bölgədə sıxışıb qalmamış bütün İslam ümmətinin mədəniyyəti olmuşdur.”Vəhy mədəniyyəti”deyə biləcəyimiz bu mədəniyyət ilham və qaynağımı Qurani Kərim və Sünnətdən almışdır və hər yönüylə özünə xas özəlliklər daşıyır.Bu mədəniyyətə mənsub cəmiyyətlər tarix boyunca bütün elm sahələrində böyük irəliləyişlər qət etmiş. İslam əsirlər boyu insanlığın dünya və axirət həyatını xoşbəxt etmək üçün çalışmışdır.Müsəlmanlar qədər geniş elm sahələrində özünü göstərən başqa bir ümmət və cəmiyyət olmamışdır.
Əl-Qazinin mal varlığı sərbəst buraxıldı
Avropa Birliyinin hüquq orqanı Ədalət Divanı, Səudiyyə Ərəbistanlı iş adamı Yasin Əl - Qazi ilə İsveç mərkəzli bir xeyr təşkilatının, Əl - Qaidə təşkilatına dəstək vermə günahlandırmasıyla 2001- ci ildə dondurulan mal varlıqlarını sərbəst buraxdı.
Avropa Ədalət Divanı, ABŞ - ın, mal varlığını dondurarkən müdafiə etmə haqqına hörmət göstərmədiyini ifadə etdi. Ədalət Divanı, həmin mal varlığının sərbəst buraxılmasına bağlı qərarın dərhal tətbiq olunmayacağını ifadə edərək, iddialı tərəfə "üç aylıq əlavə hüquqi müdafiə etmə imkanının'' tanınmasını istədi.Baxış sayı: 41
Açar sözlər: al-qazi el-qazi el-qadi xəbər islam
![]()
![]()
![]()
Şəhidlərimiz və yaralılarımız var
Salam Aleykum, əziz müsəlman bacı və qardaşlarımız! Bununla da partlayış nəticəsində 3 nəfər dünyasını dəyişib şəhid oldu. Allah təala onlara qəni-qəni rəhmət eləsin. Amin! Bir çox müsəlman qardaşlar yaralandı. Allah təala onlara şəfa versin. Amin! Məscidin imamı Qamət Süleymanov yüngül xəsarət alıb. Dünən cənazə namazında rəhbərlik etdi və dəfində iştirak etdi. Allahın izni ilə məscid yaxın vaxtda yenidən fəaliyyət göstərəcək. Nisa suresi, 93: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!"
Baxış sayı: 43
Açar sözlər: azeriumma yahoogroups muslim islam
![]()
![]()
![]()
Tatarıstanda “İxlas” adlı islami düşərgə faliyyətə başlayıb
Tatarıstan respublikasında “İxlas” adlı müsəlman kişilər üçün nəzəedə tutulmuş düşərgə faliyyətə başlayıb. İslam dininin mənsubu olan və yaşı 18-keçən 40-dan çox müsəlman Yelabuq yaxınlığında, Kama çayı sahilində düşərgə qurub.
Islam Haqq Dİn saytının banneri
Əziz və dəyərli ziyarətçilər! Bütün səhifəmizin ziyarətçiləri! Sizin hər birinizdən xahiş edirəm ki, imkanınız çatan qədər mənim blogumun bannerini öz saytınızda və ya tanıdığınız hansısa blog və saytda yerləşdirəsiniz. Mən onu qeyd etmək istərdim ki, bu banneri bizim islam blogu üçün Vüqar bəy hazırlayıb. Ona hər zaman gözəl yaradıcılıq nailiyyətyləri arzu edirəm.
Bannerləri sizə təqdim edirəm. Hansını istəsəniz, bəyənsəniz blog və saytınıza yerləşdirərsiniz.
Kanadada ölkədəki ən böyük məscid kompleksinin açılışı olub
Kanadanın ən böyük məscidi Albert əyalətində Kalqari ərazisində tikilib. “Beytul Nur” məscid kompleksinin ümumi meydançası 4300 kvadrat metrdir. Tikinti 15 mln dollara başa gəlib. Bu məbləğin 8 mln dolları Kanadada yaradılan Əhmədiyyə müsəlan cəmiyyətinin üzvləri tərəfindən könüllü sürətdə toplanıb.
Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) əxlaqı Quran əxlaqıdır.
Peyğəmbərimizin əxlaqı ən gözəl əxlaqın nümunəsi, bütün gözəlliklərin cəmidir. Onun xanımı həzrəti Aişə Anamız bir dəfə belə söyləmişdi: “Onun əxlaqı Qurandır”.
Onun (s.ə.s.) bu dünyadakı həyatından bəri yüzillər keçmişdir. Amma Onun əxlaqı bizim üçün bir örnəkdir, yaşantısı, oturuşu, duruşu, baxışı, süfrədə yeməyi, danışmağı, bir sözlə, bütün davranışları bizim üçün məktəbdir. Onun (s.ə.s.) kimi ola bilməyə çalışan və bu niyyətlə az-çox şeylər qazana bilən nə xoşbəxtdir. Dediyimiz kimi, İslam əxlaqın qaynağı Qurani-Kərim və Peyğəmbərimizin həyatı, sözləridir. Qurani-Kərim təkcə əxlaq kitabı deyil, o, eyni zamanda bir dua kitabı, təfəkkür, ehkam kitabı, bir çox elmlərin qaynağıdır. Əxlaq isə Qurani-Kərimdə geniş yer tutmuş bir mövzudur. Çünki Qurani-Kərim insanlara bu dünyada və Axirətdə xoşbəxt olmağın, Allah-Təalanın rizasını qazanmağın yollarını göstərir. Bu mənada Qurani-Kərimə bəzən nur, işıq da deyirlər. Yəni doğru yolu göstərən işıq. Hətta Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədisi-şəriflərində gözəl əxlaq haqqında “elə islamın özüdür” buyurmuşdur.
Baxış sayı: 79
Açar sözlər: abdulfarxad islam qubadli kənd kolxoz
![]()
![]()
![]()
SADƏCƏ QUR`ANLA DANIŞAN QADIN
Təbei-Tabein nəslindən Abdullah ibn Mübarək (r.a.) rəvayət edir ki:
" Həccə gedirdim. İraq-Suriya torpaqlarından keçərkən yalqız bir qadına rast gəldim.
Salam verdim, salamımı, "Üstəlik Rəhmli Rəbb (onlara) `Salam` deyəcək!" (Yasin 58) ayəsi ilə aldı.
-Buralarda nə edirsən?- deyə soruşdum.
"Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz" (əl-Ə'raf, 186) ayəsini oxudu.
Başa düşdüm ki, yolunu itirib.
-Hara gedirsən? – sualıma,
"Öz qulunu gecə vaxtı Məscidul Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul Əqsaya aparan (Allah) pak və müqəddəsdir..." (əl-İsra, 1) ayəsiylə cavab verdi.
Başa düşdüm ki, həccdən qayıdır və Qüdsə gedir.
-Neçə müddətdir yolunu itirmisən? – dedim.
"Tam üç gecə (yəni üç gündür)" (Məryəm 10) ayəsini oxudu.
Ona yemək təklif etdim.
Baxış sayı: 105
Açar sözlər: ekrem qubadli caytumas islam qadin
![]()
![]()
![]()






