Reklam verin!

Qadınların camaat namazına gəlməsi

qadin-camaat-namazi Dinimiz qadınların məscidə xeyir işlər üçün getməsinə icazə vermişdir. Onlar da məscidə gəlib camaat namazı qılıb, zikr edib, elm məclislərində otura bilərlər. Fərqi yoxdur istər qadın cavan və ya yaşlı olsun. Peyğəmbərin (s.ə.s) dövründə qadınlar da camaat namazına gəlir və Peyğəmbər (s.ə.s) onlara bunu qadağan etmirdi. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) fəcr namazını qılarkən hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı.[1]



[1] Səhihu-l-Buxari 578, Səhih Müslim 1456

Davamı...

Baxış sayı: 21
Açar sözlər: qadın camaat namazına gəlməsi men 
Bookmark and Share

Maldivdən bir bacı sünnəyə möhkəm bağlıdır və fanatiklik ilə ittiham olunur, nəsihət istəyir

genc-kiz-kadin-hicab-takarSual: Müsəlman bir qız olaraq doğulmuşam. Lakin namazdan başqa bütün məsələlərdə cahil idim. Indi Allahın mənə lütfü sayəsində gözlərim açılıb və bacardığım qədər Quran və Sünnəyə əməl etməyə başlamışam. Lakin indi əvvəllər dostluq etdiyim bütün müsəlman rəfiqələrimi itirmişəm. Onlar çox da dindar deyil. Dinə çox riayət etmirlər. Ölkəmizdə ərim və mən qərib, yad olmuşuq. Rəfiqələrim mənə, uşağımla əlaqə saxlamaqdan, zəng etməkdən imtina etmişdirlər. Atam və qaynanam, baldızım hamısı bizi vəhabi çağırır. Əmi qızlarım da bizi vəhabi çağırırlar. Anam deyir ki, onun çox vaxtı yoxdur və onun vecinə deyil, əsas odur ki uşaqları salamatdır və ibadət edirlər.

Davamı...

Baxış sayı: 54
Açar sözlər: dinifetvalar qız qadın sələf vəhabi 
Bookmark and Share

SADƏCƏ QUR`ANLA DANIŞAN QADIN

qadin-quran-danishirTəbei-Tabein nəslindən Abdullah ibn Mübarək (r.a.) rəvayət edir ki:
" Həccə gedirdim. İraq-Suriya torpaqlarından keçərkən yalqız bir qadına rast gəldim.
Salam verdim, salamımı, "Üstəlik Rəhmli Rəbb (onlara) `Salam` deyəcək!" (Yasin 58) ayəsi ilə aldı.

-Buralarda nə edirsən?- deyə soruşdum.
"Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz" (əl-Ə'raf, 186) ayəsini oxudu.

Başa düşdüm ki, yolunu itirib.

-Hara gedirsən? – sualıma,
"Öz qulunu gecə vaxtı Məscidul Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul Əqsaya aparan (Allah) pak və müqəddəsdir..." (əl-İsra, 1) ayəsiylə cavab verdi.

Başa düşdüm ki, həccdən qayıdır və Qüdsə gedir.

-Neçə müddətdir yolunu itirmisən? – dedim.
"Tam üç gecə (yəni üç gündür)" (Məryəm 10) ayəsini oxudu.

Ona yemək təklif etdim.

Davamı...

Baxış sayı: 105
Açar sözlər: ekrem qubadli caytumas islam qadin 
Bookmark and Share

Kişinin qadın üzərindəki haqqı

islam-ailesi-muselmanKişinin qadın üzərində olan haqqları
Kişinin qadın üzərində böyük haqqı vardır. Bu haqqı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri ilə dəyərləndirmişdir: «Kişinin qadın üzərində olan haqqı elə böyükdür ki, kişinin bədənində olan irinli yaranı yalayarsa yenə də onun haqqını ödəyə bilməz»


Kişinin qadın üzərində olan haqqları
Kişinin qadın üzərində böyük haqqı vardır. Bu haqqı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri ilə dəyərləndirmişdir: «Kişinin qadın üzərində olan haqqı elə böyükdür ki, kişinin bədənində olan irinli yaranı yalayarsa yenə də onun haqqını ödəyə bilməz»[1].
Dərrakəli və müdrik qadın, Allahın və rəsulunun dəyərləndirdiyinə önəm verən, öz ərini layiqincə qiymətləndirən kimsədir. Qadın kişiyə itaət etməyə çalışmalıdır. Çünki ona itaət etməsi cənnətə aparan səbəblərdəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Əgər qadın gündəlik beş namazını qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və ərinə itaət edərsə ona: "cənnətin hansı qapısından istəyirsən oraya daxil ol" – deyərlər»[2].

Davamı...

Baxış sayı: 311
Açar sözlər: kişi qadın haqqı hüquq ilim 
Bookmark and Share

Bir neçə qadınla evlənmək

bir nece qadinla evlenmek

  • Neçə qadınla nikah bağlamaq olar?
  • Məhrəm qadınlar
  • Evlənməyi haram edən südəmmənin miqdarı
  • Evlənməsi müvəqqəti haram olanlar

    Neçə qadınla nikah bağlamaq olar?
    Dörddən artıq arvad almaq halal deyildir. Uca Allah buyurur: «...o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!..»[1].
    Demək, Ğeylan ibn Sələmə İslamı qəbul edərkən on arvadı var idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona, dördünü saxlayıb digərlərini boşamağı əmr etdi.[2]
    Həmçinin Qeys ibn Haris deyir ki, mən İslamı qəbul edərkən səkkiz arvadım var idi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib bu haqda ona dedim. O isə belə cavab verdi: «Onlardan dördünü seç»[3].
  • Davamı...

    Baxış sayı: 307
    Açar sözlər: çoxarvadlılıq qadın evlənmək ailə qurmaq 
    Bookmark and Share

    Qadınla yaşamaq və onun yanına daxil olmanın ədəbləri

    aile yaxinligi

  • Qadınla nə zamandan yaşamaq yaxşıdır?
  • Qadının yanına daxil olarkən nə etmək müstəhəbdir?

    Qadınla nə zamandan yaşamaq yaxşıdır?
    Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənimlə şəvval ayında evləndi və elə o ayda da mənimlə yaşadı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hansı yoldaşı mənim kimi şanslıdır?![1] Beləliklə Aişə (Allah ondan razı olsun) özünə yaxın qadınların şəvval ayında evlənməsini müstəhəb görürdü»[2].
  • Davamı...

    Baxış sayı: 421
    Açar sözlər: ailə qadın yaxınlıq əlaqə cütlük 
    Bookmark and Share

    "Allahla özüm bilərəm, başımı bağlayaram, bağlamaram"

    hicab-bas ortusu

    Əməkdar artist Mehriban Xanlarova hicab taxdıqdan sonra üzünə bir çox qapıların bağlandığını deyir

    Əvvəllər ancaq nənələrimizi başı örpəkli görərdik. İndi hər addımbaşı gənc hicablı qadınlara rast gəlmək mümkündür. Amma gənclər nənələrimiz qədər örpəyi baş üstündə gəzdirə bilirlərmi? ANS TV-nin mədəniyyət xəbərlərinin əməkdaşları bu mövzunu, başına örpək taxmış incə sənətin nümayəndələri arasında araşdırıb.

    Davamı...

    Baxış sayı: 322
    Açar sözlər: hicab örtü niqab çadra qadın 
    Bookmark and Share

    Kimlər həcc edə bilər?

    hecce kim geder

  • Uşaq və kölənin həcci:
  • Həcc etməyə imkanı olmaq nə deməkdir?
  • Qadının həcc etməsi:
  • İmkan olan kimi həcci dərhal icra etmək:

    Uşaq və kölənin həcci:
    Uşaq və dəliyə, həcc etmək vacib deyil. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: «Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər»[1].
    Köləyə də həcc etmək vacib deyil. Çünki o, öz ağasına xidmət etməklə məşğul olduğundan buna imkanı çatmır.
    Əgər uşaq yaxud kölə həcc edərlərsə onların həcci məqbuldur. Lakin bu zaman edilən həcc, həddi büluğa yetişən uşağa və azad olunan köləyə fərz olunan həcci əvəz etmir.
    İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir qadın əlindəki uşağı qaldırıb Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) göstərdi və dedi: Bu uşağın həcci sayılırmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəli. Sənin üçün də savab vardır»[2].
    Digər rəvayətdə isə İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər kimsə uşaq ikən həcc edərsə, həddi büluğa yetişəndən sonra yenidən həcc etməlidir. Həmçinin hər kimsə kölə ikən həcc edərsə, azad olunandan sonra yenidən həcc etməlidir»[3].
  • Davamı...

    Baxış sayı: 242
    Açar sözlər: uşaq kölə dul qadın arvad 
    Bookmark and Share

    Orucun şərtləri və əsası

    orucun esaslariHamilə və südverən qadının orucu:
    Miskinlərə verilən yeməyin miqdarı:
    Orucun ərkanları:
    Orucu pozan amillər:
    Oruc tutmağın ədəb-ərkanları:
    Oructutan hansı əməlləri edə bilər?

    Hamilə və südverən qadının orucu:
    Hamilə və südverən qadının oruc tutmağa taqəti olmasa, yaxud övladına zərər toxunacağından qorxsa o zaman iftar edə bilər. O tutmadığı orucu qəza etmir. Əvəzində fidyə verir.
    İbn Abbas demişdir: «İlk vaxtlarda, oruc tutmaq iqtidarında olan qoca kişi və qadınlara iftar etmək ixtiyarı verilmişdi. Onlar istəsələr iftar edər və hər günün əvəzində bir miskin yedizdirərdilər. Amma oruclarının qəzasını etməzdilər. Sonra deyilən hökm, bu ayə ilə nəsx (ləğv) olundu: “Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar...”[1]. Bu ayə nazil olandan sonra taqəti olmayan qoca kişi və qadın, təhlükə hiss edən hamilə və südverənlər (dayələr) iftar edib hər günün əvəzində bir miskin yedizdirməli oldular»[2].
    Həmçinin İbn Abbas demişdir: «Ramazan ayında hamilə öz canına, südverən (dayə) övladına görə ehtiyatlanarsa iftar edir (orucunu açır) və hər günün əvəzində bir miskin yedizdirir, orucu qəza etmirlər»[3].
    Nafi demişdir: «İbn Ömərin qızı qureyşlilərdən bir nəfərdə ərdəydi. O, hamilə idi. Ramazan ayının bir günü qadın susuzluqdan əziyyət çəkdi. İbn Ömər ona, iftar edib hər günün əvəzində bir miskin yedizdirməyi əmr etdi»[4].

    Davamı...

    Baxış sayı: 242
    Açar sözlər: hamilə qadın oruc ədəb ərkan 
    Bookmark and Share

    Imamın dediyi qadınların məscidə hücum etməsinə səbəb olub

    qadin_kishi1

    Türkiyənin Bəylikdüzü məntəqəsinin Fatih Sultan məscidinin imamı işləyən qadınların ərlərinə xəyanət etdiyini iddia edib

    Türkiyənin Bəylikdüzü məntəqəsinin Fatih Sultan məscidinin imamı Hasan Hakyeməzin cümə namazından sonrakı çıxışı qarışıqlığa səbəb olub.

    Davamı...

    Baxış sayı: 264
    Açar sözlər: imam mescid haram qadın kişi 
    Bookmark and Share


      Yazılar cəmi: 13   Sonrakı səhifə »

    Blog Haqqında


    Islam haqq dini

    Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

    Axtarış

    Sorğu

    Saytımın yeni görünüşü xoşunuza gəldimi?



    Açar sözlər

    islam  əbubəkr  islam,  quran  din 

    Sayqaç

    İndi blogda: 64
    Keçən ayın hiti: 70300
    Dünənki hit: 3041
    Bugünki hit: 2405
    Ümumi hit: 502840






    Top on A-Z.az


    Free hit counters









    En kaliteli siteler Alersa.Net
    Bedava Site Ekle
    banner Bloguma kimlər girib?


    AddThis Feed Button
    Add to Technorati Favorites
    Pulsuz KOnsultasiyalar